«25 ildir ailə həyatı qurmuşam. İki qız uşağı böyüdürəm. Həyat yoldaşım içəndə özünü apara bilmir, məni də, qızları da incidir».
Bunu deyən Esmira Məmmədova ailə daxilində tez-tez zorakılıqla üzləşir. Qonşularının əksəriyyəti hələ də bilmir ki, 25 ilin gəlini olan Esmira tez-tez həyat yoldaşı Murad tərəfindən döyülür. Çünki bu xanım hər dəfə yumruq-sillə yeməsi faktını açıb-ağartmağı şəninə sığışdırmır, bu cür halları hər kəsdən gizlətməyə üstünlük verir.
BOŞANIB HARA GEDİM?
«25 ildir bu zülmə dözürəm. Heç kəsə arzulamazdım ki, belə həyat yoldaşı qismət olsun. Mənim üçün çətindir. Amma boşana da bilmirəm. Ayrılıb hara gedim, əlimdə savadım, sənətim yoxdur».
Hazırda Azərbaycanda qadınların zorakılığa məruz qaldığı yüzlərlə belə ailəni nümunə çəkmək olar. UNİCEF-in zorakılığa məruz qalan uşaq və qadınlara aid son hesabatına görə, Azərbaycanda 15-49 yaş arasındakı hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır.
NOVELLA CƏFƏROĞLU: «DÖYÜLƏN QADINLAR POLİSƏ YOX, BİZƏ GƏLİRLƏR»
10 ildən artıqdır qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Novella Cəfəroğlu deyir ki, bu gün artıq xanımlarımızın çoxu öz hüquqlarını bilir. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri bildirir ki, qadınların qərar vermədə iştirakı yoxdur.
«Düz-əməlli, saf ailədə kişi ilə qadının hüququ həmişə bərabər olur. Pula görə qurulan və ya məhəbbətsiz ailədə isə əksinə».
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Mehriban Vəzir düşünür ki, qadın hüquqlarının ailədə tapdanmasının mentalitetlə əlaqəsi yoxdur. Çünki tarixən də Azərbaycanda heç vaxt ailə içində qadınların hüquqları məhdud olmayıb. Lakin sovet dövrü gələndən sonra qadının təbii haqların əlindən alınıb. Deputat seçilən qadınlar buna layiq olanlar yox, siyasi baxımdan hakimiyyətə əl verən insanlar olub. Ekspert bildirir ki, heç indinin özündə də bu baxımdan vəziyyət çox dəyişməyib. Yenə də təyinatlar siyasi məqsədli olur. Və qadınlar yenə də idarəetmədə görünmürlər.
Birlik sədri «Gender bərabərliyi haqqında» qanunun da qadınlara kömək etmədiyini deyir:
«3 il keçir bu qanunun qəbulundan, bir qadın yoxdur ki bu qanundan bəhrələnsin. Biz bu qanunun Estoniyadakı qanunla hüquqi analizini aparmışıq. Estoniyada qanun qadına haqq verir, bizim qanunda isə heç nə yoxdur».
«ƏRAZİ POLİS ORQANLARININ 80 FAİZİNDƏ QADINLAR ÇALIŞMIR»
«Ərazi polis orqanlarının 80 faizində qadınlar çalışmır. Əgər cinayət törətməkdə şübhəli bilinən bir qadın prokurorluğa, polis bölməsinə gətirilirsə, onun üstündə axtarış aparılmalıdır. Amma bunu etməyə qadın-polis tapılmır. Bu, qadın hüquqlarının pozulmasıdır. Biləsuvarda insan alveri qurbanı olan bir xanım deyirdi ki, rayonda bir səlahiyyətli insan tapmadım ki, gedim yaşadığım problemləri danışım. Kişilərə isə bunu deməyi özümə sığışdırmadım. Həmin qadının özü də, iki qızı da insan alveri qurbanına çevrilmişdi».
«YALNIZ QADINLAR ZÖHRƏVİ XƏSTƏLİK DAŞIYICISI OLUR?»
Hüquqşünas Azərbaycanda qadınlara münasibətdə ayrı-seçkiliyin olduğunu sübut etmək üçün sadə misal çəkir. O, hüquq-mühafizə orqanlarının bar və saunalarda apardığı əməliyyatları xatırladır:
«2009-cu ildə əməliyyatlar nəticəsində 200 qadın tutub gətirdilər, onları məcburən müayinədən keçirdilər, inzibati məsuliyyətə cəlb etdilər. Amma onlarla birgə olan kişiləri nə tutmadılar, nə polisə gətirmədilər.
Bu yaxınlarda məişət zorakılığının qarşısının alınmasına yönələn qanun layihəsinin qəbulu gözlənilir. Millət vəkili Elmira Axundova bu qanunun qəbulunu çox vacib sayır:
«Çünki son bir neçə ildə müşahidə edirəm ki, əfvlə bağlı hər 3-4 ərizədən biri bununla bağlıdır – qadını öldürmə, ona xəsarət yetirmək, ağır işgəncələr vermək, belə hallar çoxalıb. Xüsusilə namus üstündə cinayət faktları çoxalıb. Bu ondan xəbər verir ki nəsə pis adət-ənənələrə qayıdırıq».
Millət vəkili deyir ki, qadına qarşı qəddar rəftar, uşaqların yanında onu döymək, xəsarət yetirməklə bağlı yüzlərlə faktla üzləşib. Xüsusilə də şimal rayonlarından belə hallarla bağlı ərizələr gəlir. Amma son vaxtlar əzilən qadınlar arasında şikayət edənlərin sayı da artıb.
«Ona görə də qanunun qəbulu vacibdir. Qanun təzə variantda bizə təqdim edilib. Kişilər müqavimət göstərsələr də, istəməsələr də bu gündəmdədir və qəbul ediləcək».
Bunu deyən Esmira Məmmədova ailə daxilində tez-tez zorakılıqla üzləşir. Qonşularının əksəriyyəti hələ də bilmir ki, 25 ilin gəlini olan Esmira tez-tez həyat yoldaşı Murad tərəfindən döyülür. Çünki bu xanım hər dəfə yumruq-sillə yeməsi faktını açıb-ağartmağı şəninə sığışdırmır, bu cür halları hər kəsdən gizlətməyə üstünlük verir.
BOŞANIB HARA GEDİM?
«25 ildir bu zülmə dözürəm. Heç kəsə arzulamazdım ki, belə həyat yoldaşı qismət olsun. Mənim üçün çətindir. Amma boşana da bilmirəm. Ayrılıb hara gedim, əlimdə savadım, sənətim yoxdur».
Hazırda Azərbaycanda qadınların zorakılığa məruz qaldığı yüzlərlə belə ailəni nümunə çəkmək olar. UNİCEF-in zorakılığa məruz qalan uşaq və qadınlara aid son hesabatına görə, Azərbaycanda 15-49 yaş arasındakı hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır.
Novella Cəfəroğlu
BMT-nin hesablamaları göstərir ki, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır. NOVELLA CƏFƏROĞLU: «DÖYÜLƏN QADINLAR POLİSƏ YOX, BİZƏ GƏLİRLƏR»
10 ildən artıqdır qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Novella Cəfəroğlu deyir ki, bu gün artıq xanımlarımızın çoxu öz hüquqlarını bilir. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri bildirir ki, qadınların qərar vermədə iştirakı yoxdur.
«Düz-əməlli, saf ailədə kişi ilə qadının hüququ həmişə bərabər olur. Pula görə qurulan və ya məhəbbətsiz ailədə isə əksinə».
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Mehriban Vəzir düşünür ki, qadın hüquqlarının ailədə tapdanmasının mentalitetlə əlaqəsi yoxdur. Çünki tarixən də Azərbaycanda heç vaxt ailə içində qadınların hüquqları məhdud olmayıb. Lakin sovet dövrü gələndən sonra qadının təbii haqların əlindən alınıb. Deputat seçilən qadınlar buna layiq olanlar yox, siyasi baxımdan hakimiyyətə əl verən insanlar olub. Ekspert bildirir ki, heç indinin özündə də bu baxımdan vəziyyət çox dəyişməyib. Yenə də təyinatlar siyasi məqsədli olur. Və qadınlar yenə də idarəetmədə görünmürlər.
Birlik sədri «Gender bərabərliyi haqqında» qanunun da qadınlara kömək etmədiyini deyir:
«3 il keçir bu qanunun qəbulundan, bir qadın yoxdur ki bu qanundan bəhrələnsin. Biz bu qanunun Estoniyadakı qanunla hüquqi analizini aparmışıq. Estoniyada qanun qadına haqq verir, bizim qanunda isə heç nə yoxdur».
«ƏRAZİ POLİS ORQANLARININ 80 FAİZİNDƏ QADINLAR ÇALIŞMIR»
Əlövsət Əliyev
Hüquqşünas Əlövsət Əliyev deyir ki, Azərbaycanda qadının zorakılığına əsas verən başqa çoxlu faktorlar var - köhnəlmiş adətlər, hətta atalar sözləri. Bununla yanaşı, Ə.Əliyev də idarəetmədə qadınların yoxluğunu etiraf edir. Deyir ki, tək nazir və komitə sədrləri deyil, elə adicə idarələrdə də qadınların sayı çox azdır:«Ərazi polis orqanlarının 80 faizində qadınlar çalışmır. Əgər cinayət törətməkdə şübhəli bilinən bir qadın prokurorluğa, polis bölməsinə gətirilirsə, onun üstündə axtarış aparılmalıdır. Amma bunu etməyə qadın-polis tapılmır. Bu, qadın hüquqlarının pozulmasıdır. Biləsuvarda insan alveri qurbanı olan bir xanım deyirdi ki, rayonda bir səlahiyyətli insan tapmadım ki, gedim yaşadığım problemləri danışım. Kişilərə isə bunu deməyi özümə sığışdırmadım. Həmin qadının özü də, iki qızı da insan alveri qurbanına çevrilmişdi».
«YALNIZ QADINLAR ZÖHRƏVİ XƏSTƏLİK DAŞIYICISI OLUR?»
Hüquqşünas Azərbaycanda qadınlara münasibətdə ayrı-seçkiliyin olduğunu sübut etmək üçün sadə misal çəkir. O, hüquq-mühafizə orqanlarının bar və saunalarda apardığı əməliyyatları xatırladır:
«2009-cu ildə əməliyyatlar nəticəsində 200 qadın tutub gətirdilər, onları məcburən müayinədən keçirdilər, inzibati məsuliyyətə cəlb etdilər. Amma onlarla birgə olan kişiləri nə tutmadılar, nə polisə gətirmədilər.
Elmira Axundova
Sanki zöhrəvi xəstəlik daşıyıcıları yalnız qadınlardır və təhlükə onlardan ola bilər». Bu yaxınlarda məişət zorakılığının qarşısının alınmasına yönələn qanun layihəsinin qəbulu gözlənilir. Millət vəkili Elmira Axundova bu qanunun qəbulunu çox vacib sayır: