Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:54

MSK bələdiyyə seçkilərinin yekun nəticələrini elan etdi


Protokolu MSK-nın 15 üzvündən 14-ü imzalayıb
Protokolu MSK-nın 15 üzvündən 14-ü imzalayıb
«Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün deyil. Buna görə də ümumilikdə 30 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirilən seçkilərin nəticələri ləğv edilib».

MSK-nın yanvarın 11-də keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov belə deyib.

Nəticələri ləğv edilmiş bələdiyyələr bunlardır: Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan. MSK bu bələdiyyələrə keçirilən seçkilər baş tutmamış sayır.

MSK katibi deyib ki, 18 seçki məntəqəsinin, 2 dairə seçki komissiyasının (DSK) tərkibi tam olaraq buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb.

MSK katibi bəzi pozuntularla bağlı prokurorluq orqanlarının araşdırma aparmasının vacib olduğunu bildirib.

İclasın sonunda bələdiyyə seçkiləri ilə bağlı yekun protokol imzalanıb. Protokolu MSK-nın 15 üzvündən 14-ü imzalayıb. Ümid Partiyasını qurumda təmsil edən Akif Qurbanov yekun protokolu imzalamaqdan imtina edib.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib, MSK məlumatına görə seçkilərdə ölkə üzrə seçicilərin 32,4%-i iştirak edib.
XS
SM
MD
LG