“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu
Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı va yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı va yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği | |||
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün. | 220 manat | |||
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün. | 3 manat | |||
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün. | Bu Qanunun 20.1 - 20.3-cü maddələrdə göstərilən məbləğin 50 faizi | |||
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün. | 2 manat | |||
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) | 1 manat |