Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:29

Dövlət işinə rüşvətsiz qəbulun sirləri


-


Dövlət işlərinə qəbul zamanı rüşvət tələbi riskləri bəlkə də başqa sahələrdən daha çoxdur. Amma hökumət idarələrində iş tapa bilməyin də qanuni, hüquqi yolları olmamış deyil.

Aşağıda büdcədən maliyyələşən idarələrdə iş tapmaq üçün ümumi qaydalar, ərizə, müraciət formaları, rüşvət tələbi zamanı şikayət edə biləcəyiniz ünvanlar əksini tapıb.

HÖKUMƏT İŞLƏRİNƏ QƏBUL ÜÇÜN MÜRACİƏTDƏ LAZIM OLA BİLƏCƏK SƏNƏDLƏR - keçid

HÖKUMƏT İŞLƏRİNƏ QƏBUL ÜÇÜN MÜRACİƏTDƏ LAZIM OLA BİLƏCƏK SƏNƏDLƏR

Dövlət qulluğuna qəbul üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərlər.

Əsas sənədlərdən biri Komissiya sədrinin adına ərizədir. (Ərizəni buradan yüklə.) Hökumət idarələrindəki işlərin xarakterinə uyğun olaraq tələb olunan sənədlərin siyahısı müxtəlif ola bilər.

Boş iş yerləri elanları və onlara qəbul üçün keçirilən imtahanlarda iştirak etməyə tələb olunan sənədlərin siyahısını buradan götür.


HÖKUMƏT İDARƏLƏRİNDƏ İŞƏ QƏBUL ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR HAQQINDA ƏTRAFLI BURADA OXU


HÖKUMƏT İDARƏLƏRİNDƏ İŞ TAPMAĞI ÜMUMİ QAYDALARI

Dövlət işlərinə qəbulu əsasən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir. Bu komissiyada işə qəbul qaydalarını ətraflı Komissiyanın saytından oxu.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin müsabiqədən kənar dövlət qulluğuna qəbul edilməsi nəzərdə tutulub.


Şikayətlər üçün ünvanlar-keçid

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
Bəzi nazirliklər isə işə qəbulu daha çox özlərinin tələbləri əsasında aparırlar.
Aşağıda bir neçə dövlət qurumunun işə qəbul qaydalarına keçidlər var:

Gömrük orqanlarında işə qbul qaydaları.

Vergilər Nazirliyində işə qəbul qaydaları.

Xarici İşlər Nazirliyində işə qəbul qaydaları.

-***-

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunundan çıxarış (Qanunun özünü buradan götür)

Maddə 28
28.1. Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər.

28.2. İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müvafiq icra hakimiyyəti orqanı müsabiqə elan edir. (İnzibati vəzifələrin təsnifatlarını ətraflı oxu)

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə mütəmadi olaraq (ən azı ayda bir dəfə) müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

28.3. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər.
XS
SM
MD
LG