Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:38

«İlk onluğa düşməyən siyahı düşənlərin siyahısından daha parlaqdır»


Bakıda kitab satışı, 2 aprel 2009
Bakıda kitab satışı, 2 aprel 2009
Fevralın 10-u «İşdən sonra» proqramının ikinci hissəsində Milli Kitab onluğu müzakirə edilib. Yuxarıdakı fikirləri proqramın qonağı olan, ilk onluğa düşə bilməyən yazıçı Taleh Şahsuvarlı deyib:

- İyirmiliyə düşən əsərlərin hamısını oxumamışam. Amma bəzi əsərləri oxumuşam. İlkin seleksiya prosesini kifayət qədər yaxşı seçim kimi qiymətləndirirdim. Həmin nəticələrdən razı idim. Bu günki nəticələrdən də kifayət qədər razıyam. Mənim əsərim kifayət qədər rezonans doğurmuşdu. Bu siyahıda olmaq mənim üçün prestijlidir. Mən razıyam vəziyyətimdən. Sonadək bu müsabiqəni müdafiə etmək fikrindəyəm. Yazıçıdan tələb edilən böyüklükdür. Qalibin əlini sıxmaqdır. Mən də ilk onluğa düşənləri təbrik edirəm.

Taleh Şahsuvarlı
Proqrama telefonla qoşulan və ilk onluqda adı olan yazıçı Şərif Ağayar müsabiqə barədə fikirlərini bölüşüb:

- Bütün qiymətləndirilmələrdə səthilik var. Hesab edirəm ki, onluğa düşməyənlərin içində də şəxsən mənim qiymətləndirdiyim adamlar var ki, onluğa düşə bilərdi. Əksər əsərləri oxumuşam. Orada məşhur imzalar var ki, onları mükafata qədər oxumuşam. Bu cür müsabiqələrin bizi gözləyən publikaya çatmasında böyük rolu var. Bu layihəni alqışlayıram. Taleh bəyə də mesaj çatdırmaq istəyirəm - bu məsələlər şərti məsələlərdir, onluğa düşməyən hörmət etdiyim insanlar var ki, onların yanında qalib hissini yaşamıram. Ədəbiyyatda birmənalı şəkildə məğlubiyyət yoxdur. Bu müsabiqəni hamımızın qələbəsi hesab edirəm.

Proqramda Milli Kitab Mükafatı barədə bir sıra məqalələrin müəllifi Natiq Güləhmədoğlu da danışıb:

- Mən ora düşənləri təbrik edirəm. Mən gördüm ki, iyirmilikdə olan zəif qəbul etdiyim əsərlər onluğa keçmədi. Çox sevindiricidir ki, ekspertlər ortaya iradə qoya bildilər. Burada insanların populyarlığına görə seçilmir. Müsabiqədə həm mövzu kimi, həm mətn kimi maraqlı olmayan yazılar da var idi. Onların keçməmələri təbii idi.

Həmid Herisçi
Telefonla müzakirəyə qoşulan Həmid Herisçi də qalibləri təbrik edib:

- «Əli və Nino»nu yazanda heç bir mükafat gözləməmişəm. Bizim olmağımız bu müsabiqəyə dəstək verib. Olmamağımız da təsir edir. Bizim münasibətimiz cəmiyyət üçün maraqlıdır. Mən məmnuniyyətlə yolu başqalarına açardım. Mən şan-şöhrətə meylli olmamışam. Mən başqalarının uğurlarına sevinmək istərdim. Təbrik edirəm hamısını. Mən sevinirəm. Mən sevinirəm ki, Azərbaycanda kitab müsabiqəsi var.

Şair Rasim Qaraca da müsabiqənin nəticələrindən razı olduğunu deyib, amma narazı olduğu məqamları da gizlətməyib:

- Mən tanış oldum ilk onluqla. Normaldır, yaxşıdır. Ümumiyyətlə, bəlkə yüzdəyüz də obyektivlik yoxdur. Qeyri-dəqiqlik tapıla bilər, amma prosesin özü maraqlıdır. Bu iş ilk dəfə görülür. Mən başqalarını bilmirəm, amma Həmid Herisçinin iyirmilikdə olub ilk onluğa düşməməsi xəyal qırıqlığıdır. Mən əminəm ki, münsiflərdə Həmid Herisçini başa düşən səviyyədə insan yoxdur.

PROQRAMI DİNLƏYİN, XƏBƏRDAR OLUN.

Buna da bax:

XS
SM
MD
LG