Əgər 20 yaxşıdırsa, elə 10 da yaxşıdır; mən Milli Kitab Mükafatı müsabiqəsini dəstəkləməkdə davam edirəm.
Əgər: 265-dən 20-si nə deməkdir – kifayət qədər aydın deyildisə; və məsələn, yaxşıya iddialı heç olmasa 30-luq ilə “uzun siyahı”nın 20-sini tutuşdurmaq imkanımız yox idisə, indi artıq uzun və yığcam siyahıların müqayisəsinə də meydan var.
TƏKRAR REKLAMDAN ÇƏKİNMƏYƏK
Bu 20-lik: Məqsəd Nur, hekayələr; Fəxri Uğurlu, hekayələr; Şərif Ağayar, “Kərpic kəsən kişinin dastanı”- hekayə; İlqar Fəhmi, “Bakı haqqında kollaj”- roman; Rafiq Tağı, hekayələr; Taleh Şahsuvarlı, “Canlanma”- roman;
Əjdər Ol, Portret hekayələr; Əlabbas Bağırov, “Qiyamçı”- roman; Eyvaz Əlləzoğlu, “Odunçu geri qayıdır”- roman; Nəriman Əbdülrəhmanlı, “Yalqız”; Yusif Şükürlü, “Çapa”- hekayə;
Seyran Səxavət, “Yəhudi Əlifbası”- roman; Mövlud Süleymanlı, “Erməni adındakı hərflər” – roman; Kamran Nəzirli, hekayələr; Həmid Herisçi, “Əli. Nino” – roman; Elxan Qaraqan, “A”- roman; Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” – povest;
Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” – povest; Azər Kamal: “Duel po Freydu” – novellalar toplusu; Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” – povest.
Bu da 10-luq: Şərif Ağayar (“Kərpickəsən kişinin dastanı” – hekayə); Əliabbas Bağırov (“Qiyamçı” – roman);
Nəriman Əbdülrəhmanlı (“Yalqız” – roman); Samit Əliyev (“Sem şaqov v napravlenii zakata” – povest); Eyvaz Əlləzoğlu (“Odunçu geri qayıdır” – roman); Elxan Qaraqan (“A” – roman); Kamran Nəzirli (Hekayələr toplusu);
Əjdər Ol (Portret hekayələr); Rafiq Tağı (Hekayələr toplusu); Fəxri Uğurlu (Hekayələr toplusu).
Hələ də gizli qalmağı üstün tutan Ekspertləri bu yazının içindəncə salamlayıram; hansı prinsiplərlə işləmiş, nəyi meyar götürmüşlər – bu onların peşəkar haqları!
MƏSƏLƏN, MƏN EKSPERT OLSAYDIM,
həmincə 20-dən başqa bir 10-luğu seçərdim: Rafiq Tağı, hekayələr; Məqsəd Nur, hekayələr; Fəxri Uğurlu, hekayələr; Əjdər Ol, Portret hekayələr; Şərif Ağayar, “Kərpic kəsən kişinin dastanı”- hekayə;
Əlabbas Bağırov, “Qiyamçı”- roman; Həmid Herisçi, “Əli. Nino” – roman; Taleh Şahsuvarlı, “Canlanma”- roman…
Doğrudur, Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır”, Elxan Qaraqanın “A”, Yusif Şükürlünün “Çapa” və rus dilli yazarların əsərlərini oxuyammamışam hələ ki; amma əgər ekspert qismində, oxuyub da həmin əsərlərdən heç hansı birini seçəsi olmasaydım, qalan iki yerə yenə də Mövlud Süleymanlının “Erməni adındakı hərflər” və İlqar Fəhminin “Bakı haqqında kollaj” romanlarını artırardım.
Bu da ola mənim peşəkar haqqım.
Amma təbii, “belə xoşum gəlir, belə seçirəm” prinsipilə fərdi zövqə yozulmasın deyə, arqumentlər söyləməli, seçimimə ictimai status qazandırmalıyam: niyə məhz o yox, bu əsərə üstünlük vermişəm.
Söhbət son on ilin seçimli nəsrindən gedir (əlbəttə, müsabiqə daxilində, şərtən) və bu mövqedə 20 əsərin hər biri özlüyündə ictimai önəm daşıyır, – bu da bəlli. İndi həmin sıradan: daha fərqli, əlahiddə, bənzərsiz, bir-birini təkrarlamayıb, əksinə tamamlayan, milli ədəbiyyata (hekayəçiliyə, romançılığa, bədii düşüncəyə, zövqə) təzəliklər gətirən, yaxud klassik zövqləri itiləyən 10-nu seçib, “milli kitab” adına oxucu auditoriyalarına ötürülməsinə qərar verməliyəm mən.
Şərti unutmayaq: əgər Ekspertəmsə. Mənim 10-luğumdakı hər bir əsər bu və ya digər qədər verdiyim tələbləri ödəyir və son on ilin milli kitab yükünü daşıya bilər.
HEKAYƏÇİLİKDƏN BAŞLAYAQ
Çün bizdə hekayəçiliyin yaşı, təcrübəsi və təbii ki, çeşidi daha çoxdur.
Ənənəvi realist süjet hekayəçiliyindən 20-liyə Kamran Nəzirlinin və Şərif Ağayarın hekayələri gəlib-çıxa bilib.
Ekspertlər hər ikisini seçib, həm də güman ona görə ki: bu süjetlərdə günün ağrı-acıları var, Qarabağ dərdi var, milli insanın düçar olduğu qaçqınlıq, yurd-yuvasızlıq, mənəvi aşınmalar kimi təlatümlərin bədii inikası var.
Müxtəliflik naminə, öz 10-luğumda mən bunlardan yalnız biri - Şərif Ağayarın “Kərpickəsən”i üzərində dayandım.
Kamran Nəzirlidə natura çoxdur, ətrafımızda gördüklərimizdir; Əlibəy Hüseynzadə demiş, təkcə gördüklərimizi yazmaqdan nə hasil ola bilər, bir az da düşündüklərimizi gələk üstünə.
Hekayəsinin adından başlayaraq, Şərif Ağayar məhz bu yolla gedir; “Şam şəhərində xeyli qoca bir kişi vardı, Pəri kimi, cin kimi camaatdan qaçardı…” – bu gizli sitatdan start alıb, təkcə cismən: evindən-yurdundan-ocağından deyil, həmçinin mənən: varlığından qaçqın düşməyə vadar milli insanın naturasına gəldikdə, artıq gördüklərimizdən də əlavə nə qədər məsələlər üzərində düşünməli oluruq.
O səkkiz yüz il öncə yaşamış Qoca çox müdrik idi, çox-çox; natura ağrıları öz yerində (bunu müəllif əsasən cavan təhkiyəçi-qəhrəmanla süjetin təsirinə buraxır), Şərif Ağayarın bugünkü Kərpickəsən kişisi həm heç də az milli görünmür…
Desəm ki, digər hekayəçilərdən hər biri milli ədəbiyyat üçün bir ayrı cür təzədir, özümü təkrar etmiş olaram. Dördündən üçü barədə Ekspertlərlə siyahını bölüşdürürük.
Elə burdan da başlayaq. Rafiq Tağı barədə mən dəfələrlə söz açsam da, hekayələri məni yenə də, yenə də yazmağa vadar edib.
Mən bilmirəm, yazıçı müsabiqəyə hansı kitabını təqdim eləyib: İki cildliyinimi (2005), “Gənc Qraf Kenterberiyski” toplusunumu (2005), ya daha sonrakı təzə hekayələrini; amma fərqi yoxdur, artıq “Rafiq Tağı hekayəsi” denilən bir nəsnə var ki, elə onu nəzərdə tutmaq bəsdir.
Lap bugünlərdə cavanlardan birisi Rafiq Tağının hekayələrində “can yox, standartlar”, “tam bir özün rəngləri” olduğunu tənqid elədi (adyazar saytı: Sabutay, Romançılarа hekayə dərsi).
Tənqidi alqışlamaqla, – çün cavanlar əzəlkiləri tənqid eləyə-eləyə özlərinə çatırlar,- həmin insafsız tənqidin içindən boylanan həqiqətə də diqqət cəlb etmək istərdim.
Bəli, “Rafiq Tağı standartları”na tabe bir hekayə-strukturu var ədəbiyyatımızda; ki, yazıçı onu canıyla-qanıyla illər uzunu formalaşdırıb.
ARDI BURADA