«Evdə oturmuşduq. Bir də gördük küçədə hay-küydür. Bələdiyyə sədri, müavini, şəhər sovetinin sədri, polis gəlmişdilər ki, bəs, yarım saata qaz pulunu keçirməlisiniz. Bu keçən ay belə idi. İndi də iş yerlərində başlayıblar. Büdcədən maliyyələşən təşkilatları gözümçıxdıya salıblar. İndi deyirlər ki, bu gün keçirməlisiniz, uzaq başı səhər. Tələb edirlər ki, keçirdiyiniz qazın, işığın pulunun qəbzinin surətini gətirin, icra hakimiyyətindən tələb edirlər, deyirlər ki, keçirməsəniz maaşınızı almayacaqsız...»
«MAAŞIMI ALMAMIŞ İŞIĞIN, QAZIN PULUNU NECƏ KEÇİRMƏLİYƏM?»
Gədəbəydə bir məktəbdə müəllim işləyən Mehman Əliyev deyir ki, maaşlarını almaları kommunal xərcləri ödəmələrindən asılıdır. Kommunal xərcləri isə hələ ay tamam olmamış tələb etməyə başlayıblar. Müəllim deyir ki, maaşımı almamış işığın, qazın pulunu necə keçirməliyəm?
Mehman Əliyev deyir ki, büdcədən maliyyələşən təşkilatlarda müdirlər deyirlər ki, bunu onlardan icra hakimiyyətindən tələb edirlər. Kommunal xidmətlərin pulunu tələb edənlərin siyahısı isə uzundur. Bələdiyyə, inzibati ərazi nümayəndəliyi, qaz satışı idarəsinin əməkdaşları...
PUL YIĞMAQ BƏLƏDİYYƏNİN İŞİ DEYİL, BİZ BUNU TƏKLİF EDİRİK
Gədəbəy rayon bələdiyyə sədrinin müavini Zirəddin Səfərov isə deyir ki, onlar əhaliyə təzyiq eləmirlər, pulları ödəməyi təklif edirlər. Bu işin bələdiyyənin səlahiyyətində olub-olmaması haqqında isə o bunları deyir:
«Bələdiyyənin aidiyyatı yoxdur. Ancaq sabah vətəndaşın işığı-qazı kəsiləndə bələdiyyəyə problem yaranır. Ona görə də deyirik ki, hamınız enerji, qaz pulunu vaxtında ödəyin».
İNZİBATİ ƏRAZİ NÜMAYƏNDƏLİYİ İŞ BAŞINDADIR
Gədəbəy rayon inzibati ərazi nümayəndəliyinin rəhbəri Sahib Səfərov isə iş başındaydı. Biz ona zəng edəndə elə bu məsələylə məşğul olduqlarını dedi:
«Bu dəqiqə yanımda adamlarla düşmüşük ayrı-ayrı zonalara, onu yığırıq, yekunlaşdıracağıq. Adamlara bildiriş paylanır, sonra biz də gedib soruşuruq ki, aparıb pulu banka, poçta keçirmisən, yoxsa, yox. Keçirməyibsə, deyirik ki, hardan tapırsan, tap, nə qədər sərf eləmisən, onun pulunu keçir. Hamı da gətirib ödəyir pulunu. Gələnlər qazın öz işçilərdir, biz sadəcə bu işə nəzarət edirik».
Rayonun Qaz Satış İdarəsinin sədri Nizami İsgəndərov isə deyir ki, ödəmələrdə heç bir problem yoxdur. Problem olmasa da, o da bu əməliyyatda iştirak edirdi:
«Ödəyirlər, ancaq kiminsə problemi olana da kömək edirik, ödəyirlər. Fırlanıb nəzarət edirik ki, kim verir, kim vermir, nəzarət edib yoxlayırıq».
İCRA HAKİMİYYƏTİ KOMMUNAL XƏRCLƏRİN ÖDƏNMƏSİYLƏ MƏŞĞUL DEYİL
Müəllim Mehman Əliyev deyir ki, müdirləri onlara göstərişin icra hakimiyyətindən gəldiyini deyiblər. Gədəbəy rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini Sədaqət Abbasov isə deyir ki, bu işin icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur, bu haqda deyilənlər yalandır:
«Elə bir göstəriş yoxdur. Hər bir adam işıq-qaz pulunu verməlidir. İşığın-qazın pulunun maaşa dəxli yoxdur».
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər komissiyasının sədri Ələkbər Ağasıyev deyir ki, aidiyyatı olmayan qurumların kommunal xərclərin ödənməsi işinə qarışmasıyla bağlı vətəndaşlardan saysız şikayətlər alırlar. Belə hallar rayonlarda daha çox olur:
«Özü də adamları qorxutmaq üçün polislə gəlirlər. Bu, özbaşınalıqdır, vəzifə səlahiyyətlərini aşmaqdır. Heç kimin şantaj yoluyla kimdənsə pul yığma hüququ yoxdur. Qanunvericiliyə görə, istehlakçının kommunal xidmət haqlarını bir ay gec ödəmə haqqı var. Belə hallar olursa, demək ki, burda mənimsə halları var».
Ələkbər Ağasıyev belə vəziyyətlə üzləşmiş Gədəbəy sakinlərinə onlara müraciət etməyi məsləhət görür. Deyir ki, Azad İstehlakçılar Birliyi əhalinin hüquqlarını qorumağa hazırdır.
Gədəbəydə 1800 abunəçi var. Rayonun Qaz Satışı İdarəsindən verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq abunəçilər kommunal xidmətləri indi vaxtında ödəyirlər.