«Mənim İlham Əliyevin biznesinin olmasına şübhəm yoxdur. Sadəcə, indiki anda İlham Əliyevin mülkiyyəti iş adamının mülkiyyəti kimi müzakirə edilmir. O, prezidentdir. Prezidentliyə namizədliyini irəli sürəndə, gəlirləri və əmlakını bəyan edib».
Bunu İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Əliyevlərin Dubay mülkləri barədə dediklərini «Turan»a şərh edərkən bildirib.
Q.İbadoğlunun fikrincə, əgər Əli Həsənovun sadaladığı əmlak və mülkiyyətlər 2003 və 2008-ci il prezident seçkiləri zamanı bəyannamədə əksini tapıbsa, bu zaman deyilənlərdə müəyyən həqiqət yükü var. Amma qanunla prezidentlik dövründə İlham Əliyev və onun ailə üzvlərinə bizneslə məşğul olmaq qadağan edilir. Odur ki, əmlakın hansı dövrə aid olduğunu aydınlaşdırmaq çox vacibdir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, hər bir vətəndaşın prezidentdən gəlirləri və xərcləri barədə izahat tələb etmək hüququ var:
«Eyni zamanda, prezidentin də öz gəlirləri və xərcləri barədə müntəzəm olaraq əhalini məlumatlandırmaq öhdəliyi var. Qarşısında sosial-bazar iqtisadiyyatının təşəkkülü və əhalinin rifah halının yaxşılaşdırılması kimi vəzifələr duran prezidentə bu yaraşmır və buna haqq qazandırmaq olmaz».
O hesab edir ki, prezidentə və onun ailə üzvlərinə Dubaydakı mülklərin bağışlanması ilə bağlı bəyanatların da araşdırılmasına ehtiyac var:
«Prezidentə və onun ailə üzvlərinə mülklərin bağışlanması ilə bağlı məsələ korrupsiya qanunvericiliyi nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Hədiyyənin məbləği, təyinatı və məqsədləri də araşdırılmalıdır. Hədiyə, onun məbləği və məqsədləri haqda vaxtında xalqa məlumat verilməməsi isə hüquqi baxımdan araşdırılmalıdır».
Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, prezident namizədliyini irəli sürərkən Mərkəzi Seçki Komissiyasına bəyannamə təqdim edib:
«2003 və 2008-ci illərdəki prezident seçkiləri zamanı İlham Əliyev bəyannaməsinə şirkətləri, mülkləri, gəlirləri, obyektləri və s. haqqında məlumat daxil etsəydi, bu barədə ictimaiyyətin məlumatı olardı. Bəyannamədə bu məlumatlar yoxdur».
Hüquqşünas prezident və onun ailə üzvlərinin bizneslə məşğul olması ilə bağlı cənab Həsənovun bəyanatına da münasibət bildirib:
«Prezident və onun xanımının bizneslə məşğul olmasını qanun birbaşa qadağan edir. Belə ki, prezidentin xanımı Milli Məclisin deputatıdır. Dövlət başçısının oğlu həddi buluğa çatmayıb və orta məktəb şagirdidir. Qızlarının biri artıq onun ailə üzvü deyil, öz ailəsi var. Digər qızının isə qeydiyyatdan keçmiş şirkəti barədə Vergilər Nazirliyinin reyestrində məlumat yoxdur. Eyni zamanda, hər bir biznes təşkilatı 14-35 faiz miqdarında gəlir, 20 faiz isə mənfəət vergisi verməlidir. Prezidentin ailə üzvlərinin şirkətləri olsaydı, indiyədək vergi öhdəliklərini yerinə yetirməli idilər. Yəni, 75 milyonluq əmlak üzrə vergi ödəmələri barədə indiyədək ictimaiyyətə məlumat verilməli idi».
Ə.Məmmədli də şöbə müdirinin hədiyyə ilə bağlı bəyanatını şərh edərkən Q. İbadoğlunun fikrini təkrarlayıb:
«Burada hədiyyənin son yüksək məbləği 50 manat göstərilib. Bundan yüksək məbləğdə hədiyyə götürülməsi və ictimaiyyətin vaxtında məlumatlandırılmaması hüquqi məsuliyyət doğurur. Azərbaycanın müvafiq orqanları xalq qarşısında məsuliyyətini dərk edərək, bunun hədiyyə olub-olmamasını müəyyən etməlidirlər. Əgər hədiyyədirsə onun məqsədləri, təyinatı və məbləği də aydınlaşdırılmalıdır. Nəticədə də bunun hansı hüquqi məsuliyyət doğurduğu barədə xalqa məlumat verməlidir».
Hüquqşünas hesab edir ki, prezidentin özü də məsələyə aydınlıq gətirməlidir:
«Bəzi bəyanatlarda «Vaşinqton Post»un məlumatının dezinformasiya olduğu səslənir. Prezident ailə üzvlərinin adına Dubayda mülklərin olub-olmamasına aydınlıq gətirməlidir».
2003-cü il prezident seçkilərində İlham Əliyev ilk dəfə bu vəzifəyə namizədliyini irəli sürəndə, MSK-ya gəlir mənbələri və əmlakı barədə bəyannamə təqdim etmişdi. Milli Məclisin arayışına əsasən, İlham Əliyevin gəliri son 12 ayda 6.5 min dollar təşkil edib. Bu məbləğin təxminən 5 mln. manatını o, vergi ödəyib.
Üstəlik İ.Əliyev Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində əməkhaqqı almadığı barədə arayış da təqdim edib. O, ARDNŞ-nin birinci vitse-prezidenti vəzifəsində də əməkhaqqı almırdı. Onda bu vəzifədə deputat olarkən çalışırdı. Bəyannamədə o da bildirib ki, İlham Əliyevin Bakıda yalnız 245 kv. m sahəsi olan 1 mənzili var.
MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL