Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:36

«Amnesty İnternational» Eynulla Fətullayevlə bağlı hökumətə müraciət ünvanlayıb


Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» Eynulla Fətullayevin və ailəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı hökumətə müraciət ünvanlayıb. Təşkilat bildirir ki, həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev oğlu haqda danışmağa son qoymayacağı təqdirdə öldürüləcəyi ilə hədələnib.

«Amnesty İnternational» bildirir ki, Eynulla Fətullayevin və ailəsinin həyatı təhlükədədir. Oğlunun işini beynəlxalq təşkilatların diqqətinə çatdırdığına görə, Emin Fətullayevə üç dəfə belə anonim zəng olunub, hər üçündə də ondan oğlu haqqında danışmamaq tələb olunub.

Təşkilat xatırladır ki, Emin Fətullayevə ilk belə zəng 2007-ci ildə Eynulla Fətullayevin həbsindən az sonra, 2010- yanvarın 1-də jurnalistə qarşı narkotika ittihamı ilə bağlı ikinci ittiham irəli sürüləndən sonra, üçüncü dəfə isə martın 17-də edilib.

Müraciətdə bildirilir ki, Emin Fətullayev bu haqda Daxili İşlər Nazirliyinə məlumat versə də, Eynulla Fətullayevin və ailəsinin həyatının təhlükəsizliyinin müdafiəsi ilə bağlı heç bir tədbir görülməyib.

«Amnesty İnternational» Eynulla Fətullayevi vicdan məhbusu sayır.
XS
SM
MD
LG