Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Partlayışın «Lubyanka»da olması siqnaldır


Moskva metrosunda partlayışlar, 29 mart 2010
Moskva metrosunda partlayışlar, 29 mart 2010
«Vaşinqton Post» qəzeti təhlükəsizlik ekspertlərinə istinadla yazır ki, Moskva metrosundakı partlayışlardan birinə məhz «Lubyanka» stansiyasının seçilməsi təsadüfi deyil. «Lubyanka» keçmiş KQB-nin, indi isə FSB-nin rəmzidir. Partlayışı Federal Təhlükəsizlik Xidməti olan FSB-nin baş qərargahının iki addımlığında törədənlər öz məqsədlərini açıq bildirirlər.

Qəzet onu da xatırladır ki, çeçen lideri Doku Omarov bu yaxınlarda öz müsahibəsində demişdi: «Şəhərlərdə və kəndlərdə qan bundan sonra əsirgənməyəcək. Müharibə şəhərlərə gəlir».

«Reuters» agentliyi bu deyilənlərə əlavə edir ki, Şimali Qafqazın üsyançı liderlərinin hədəfləri arasında «Rusiyanın hər yerində enerji kəmərləri də» var.
Agentlik də yazır ki, partlayışın «Lubyanka»da olması Putinə və Medvedevə açıq siqnaldır.

PARTLAYIŞLARI KİM TÖRƏDİB?

Moskva polisi hazırda «Lubyanka» və «Park Kulturı» metrolarında partlayışları törədən iki intiharçı qadına kömək etmiş bir kişini və intiharçıları müşayiət etmiş slavyan görkəmli iki qadını axtarır.

FSB-nin rəhbəri Aleksandr Bortnikov partlayışla Şimali Qafqazdakı yaraqlılar arasında əlaqənin olduğunu bildirir.

Kanadanın Kvebek şəhərində böyük 8-liyin xarici işlər nazirlərinin görüşündə iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Əfqanıstan-Pakistan sərhəddində olan yaraqlılar Moskvadakı partlayışların təşkilinə kömək etmiş ola bilər.

Onun fikrincə, Moskvadakı partlayışları törədənlər beynəlxalq terror şəbəkəsinin tərkib hissələridir:

«Bütün bunlar beynəlxalq səylərin, koordinasiyanın gücləndirilməsinin vacibliyini yenidən göstərir. Terror hücumlarını planlaşdıranlar, reallaşdıranlar, maliyyələşdirənlər heç bir yerdə özlərini təhlükəsiz hiss etməməlidirlər».

2002-ci ildə Moskvada teatrda tamaşaçıları girov götürən 41 yaraqlıdan 19-u «qara dul» idi

QARA DULLAR

«New York Times» yazır ki, son partlayışlar rusiyalıların «qara dullar» deyilən intiharçı qadınlardan qorxusunu yenidən canlandırdı.

Yaxınları Rusiyanın xüsusi əməliyyatlarında ölən bu qadınlar və qızlar Rusiyada azı 16 partlayış törədiblər.

İntiharçı qadınların partlayışları Rusiyada 2000-ci ildən başlanır. Onda elə ilk partlayışda Rusiyanın xüsusi xidmətlərinin 27 əməkdaşını öldürdülər.

2002-ci ildə Moskvada teatrda tamaşaçıları girov götürən 41 yaraqlıdan 19-u «qara dul» idi.

2004-cü ildə Rusiyada daxili reysdə uçan iki təyyarəni də üç «qara dul» partlatmışdı. Onlardan birinin 40, qalan ikisinin 20 yaşı vardı.
XS
SM
MD
LG