Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Moskva metrosunu rüşvət partladıb...?


MOSKİVADA METROUNU PARTLATMAQDA ŞÜBHƏLİ BİLİNƏNLƏRİN SİYAHISI:

BİRİNCİSİ, “QARA DULLAR”…


Polis iki gənc qadın cəsədinin ağ-qara şəklini ictimaiyyətə təqdim edərək Moskva metrosunu onların partlatdığını bildirir. Hökumət 39 nəfərin ölümü, 70 nəfərin yaralanması ilə nəticələnmiş partlayışları “qara dullar”ın təşkil etdiklərini bildirirlər. Şimali Qafqazda hərbi əməliyyatlar zamanı ərləri, yaxud yaxın adamları Rusiya hərbi qüvvələri tərəfindən öldürülmüş qadınlar “qara dullar” adı ilə tanınır.

İKİNCİSİ, ÇEÇEN SİLAHLILARININ LİDERLƏRİ

Doku Umarov, 2003-cü il.


Müstəntiqlər həmçinin bildiriblər ki, bu hadisəni çeçen yaraqlılarının liderlərindən olan Said Buryatskının hazıradığı 30 intiharçı terrorçulardan ikisi təşkil etmiş ola bilər. Bu ayın əvvəlində Buryatskını xüsusi xidmət orqanları öldürüblər. İndi belə fikirlər dolaşır ki, Moskva metrosunda partlayış onun intiqamı ola bilər.

Keçən ay çeçen üsyançılarının lideri Doku Umarov da Rusiya şəhərlərinə hücumlar hazırladığını bildirib. Bu gün islamçı saytlardan biri Umarovun bu hücuma görə məsuliyyöəti üzərinə götürdüyünü yazıb.

ÜÇÜNCÜSÜ, GÜRCÜSTAN…

Hakimiyyət nümayəndələri metroya hücumda Şimali Qafqazda olan bəzi qrupların əli olduğunu əsas ehtimal kimi nəzərdən keçirsələr də başqa versiyaları da istisna etmədiklərini deyirlər.

Milli Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev İnterfax agentliyinə bildirib ki, metroya hücumda xarici qüvvələrin əlinin olması da istisna deyil. O, eyhamla bildirib ki, “Gürcüstan və onun nə edəcəyi bəlli olmayan lideri Saakaşvili var”. Gürcüstan mediası isə bu gün yazıb ki, bu ölkənin hüquq-mühafizə orqanları metro partlayışını törədənlərin tapılmasında rusiyalı həmkarları ilə əməkdaşlıq etməyə hazırdırlar.

Bazar ertəsi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da metrtoya hücumu beynəlxalq terror şəbəkəsi ilə əlaqələndirib.

DÖRDÜNCÜSÜ, BEYNƏLXALQ TERROR ŞƏBƏKƏSİ…

Amma təhlilçilər bu hadisəni Rusiyanın özündə olan qrupların təşkil etdiklərini daha ağlbatan hesab edirlər.

BEŞİNCİSİ, RUSİYA HAKİMİYYƏTİNİN ÖZÜ…

Beslanda məktəbin girov götürülməsi zamanı, 1 sentyabr 2004


Bu hadisəni rəsmilərin özlərinin planlaşdırıb həyata keçirlmələri haqqında da bəzi şübhələr dolaşır. Polis bildirir ki, həmin qadınları metroya slavyan görkəmli və biri kişi, ikisi qadın olan üç nəfər aparıb.

Rusiyada təhlilçilər qeyd edirlər ki, Vladimir Putin 10 il əvvəl Rusiyada yaşayış binalarına çeçen yaraqlıların törətdikləri iddia edilən hücumlardan sonra başlayan ikinci Çeçenistan müharibəsində populyarlığı ilə hakimiyyətə gəlib.

Putin Beslanda məktəbdə uşaqların girov götürülməsi hadisəsindən sonra regional liderlərin seçilməsi qaydasını ləğv edərək onları Kremldən təyin etmişdi.

Amma bu dəfə metroya hücum təhlükəsizlik qüvvələrinin əvvəllər heç zaman olmayan qədər tənqid edilməsi ilə nəticələnib. "Kommersant" qəzeti yazır ki, Moskva metrosuna hücum barədə hakimiyyət əvvəlcədən xəbərdar edilibmiş.

ALTINCISI, RÜŞVƏT!

Təhlükəsizlik xidmətlərinin keçmiş zabiti Kiril Kabanov polisin Moskva metrosuna hücuma yardım edənləri tapacağına şübhə ilə yanaşır. İndi Milli Anti-Korrupsiya Komitəsinə başçılıq edən Kabanov hesab edir ki, əsas səbəb də təhlükəsizlik orqanlarının öz əsas işindən yayındırılmasıdır:


- Başdan ayağa qədər korrupsiya içində olan bu sistem yerlərdən terrorçuluqla bağlı məlumatlar ala bilmir. Onların başı camaatdan rüşvət yığmağa qarışıb. Terrorizmin qarşısını almağa mane olan ən böyük amil budur.

Şimali Qafqaz regionundan olan adamlar da bildirirlər ki, özbaşına həbslər, işgəncələr, gənc müsəlman kişilərin qətlə yetirilərək sonradan onların ekstremizmdə ittiham olunması yerli əhali arasında radikallığı daha da artırır.

XS
SM
MD
LG