Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:40

Beynəlxalq Şəffaflıq təşkilatı: "Azərbaycanda yaxşı qanunlar pis işləyir"


«Transparency İnternational» – Beynəlxalq Şəffaflıq təşkilatı Avropa Qonşuluq Siyasətinə qoşulmuş üç Cənubi Qafqaz respublikasında vəziyyətə dair hesabat yayıb. Hesabat həmin ölkələrin təsdiq etdiyi Fəaliyyət Planının icrasının monitorinqinə həsr edilir.

«Transparency Azerbaijan» təşkilatı da bu planın icrası sahəsində vəziyyəti öyrənərək mayın 6-da hesabatını yayıb. Hesabatda vurğulanan əsas məqam budur ki, Azərbaycanda beynəlxalq ictimaiyyətin yaxından dəstəyi ilə qanunvercilik bazası təkmilləşdirilib. Amma xüsusilə məhkəmə və dövlət qulluğu sahələrində qanunların real həyatda icrasında problemlər var.

«Transparency İnternational» təşkilatının mütəxəssisləri Azərbaycandan qanunvericiliyin ümumi vəziyyətini 64.5 %-lə qiymətləndiriblər. Amma onların icrası sahəsində vəziyyətə 48 % qiyməti verilib.

Hesabat haqqında daha ətraflı "Korrupsiometr" saytında tanış olun.
XS
SM
MD
LG