Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:09

«Sərhədsiz Reportyorlar»: İndi də internetə hücum


Adnan Hacızadə və Emin Millinin həbsi Azərbaycanda internet istifadəçiləri üçün real təhlükənin olmasından xəbər verir
Adnan Hacızadə və Emin Millinin həbsi Azərbaycanda internet istifadəçiləri üçün real təhlükənin olmasından xəbər verir
«Sərhədsiz Reportyorlar» Təşkilatı Azərbaycan hökumətinin bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ərəfəsində İnternetə nəzarət tətbiq etmək cəhdlərindən narahatdır.

Aprelin 16-da rabitə naziri Əli Abbasov internetin tənzimlənməsinin, İnternet televiziyanın lisenziyalaşdırılması sisteminin tətbiqinin vacibliyini bildirib. Aprelin 22-də isə Mili Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli də eyni fikirləri səsləndirib.

«Hakimiyyət ölkədə mənəvi mühiti qorumaq istəyində olması barədə bəyanatlar verir. Əslində isə onlar xəbər və məlumatları monopoliyaya almaq istəyirlər. Onlar artıq televiziyaya və mətbu nəşrlərin böyük hissəsinə nəzarət edirlər. İndi də İnternetə hücuma keçiblər. Belə hərəkətlər Azərbaycanın ATƏT və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə ziddir», - deyə təşkilatın bəyanatda vurğulanır.

Təşkilat xatırladır ki, İKT Mərkəzinin rəhbəri Fərid Kərimov martda hakimiyyəti mənəviyyatsız materiallar dərc edən və gənc nəsli təhdid edən bəzi veb-saytlara diqqət yetirməyə çağırıb. Mayın 3-də Bakıda keçirilən dəyirmi masada iştirak edən jurnalistlər və hüquq müdafiəçiləri hakimiyyətin İnterneti nəzarətə götürmək planlarından narahatlığını bildirib. İnternet qiymətinin yüksək, hətta Türkiyədə olduğundan 10 dəfə çox olması bildirilib.

«Sərhədsiz Reportyorlar» bildirir ki, internetdəki tənqidi materiala görə iki bloqqerin - 2 və 2,5 il müddətinə həbs olunmuş Adnan Hacızadə və Emin Millinin həbsi Azərbaycanda internet istifadəçiləri üçün real təhlükənin olmasından xəbər verir.
XS
SM
MD
LG