Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:03

Kür faciəsinin zərəri barədə ilk rəqəmlər


Subasma halları nəticəsində Azərbaycanın qırx rayonunda 20 minə yaxın ev, 50 min hektara yaxın əkin və örüş sahəsi su altında qalıb. 300-dən artıq ev uçub
Subasma halları nəticəsində Azərbaycanın qırx rayonunda 20 minə yaxın ev, 50 min hektara yaxın əkin və örüş sahəsi su altında qalıb. 300-dən artıq ev uçub
Prezident İlham Əliyev mayın 19-da Kür və Araz çaylarının daşması nəticəsində baş verən daşqınlarla bağlı hökumət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Baş nazir Artur Rasizadənin sədri olduğu komissiyaya 20-dən artıq nazirlik və komitə rəhbərləri daxildir.

Sərəncamda yaşayış yerini itirmiş ailələrə zəruri köməklik göstərilməsi, mənəvi-psixoloji sarsıntıya məruz qalan insanlara yardım edilməsi, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısının hazırlanması, əhaliyə dəyən maddi ziyanın həcminin qiymətləndirilməsi, kompensasiyaların məbləğinin müəyyən edilməsi və onların ödənilməsi ilə əlaqədar hökumət komissiyasına tapşırıqlar verilib.

Sərəncamda deyilir ki, subasma halları nəticəsində Azərbaycanın qırx rayonunda 20 minə yaxın ev, 50 min hektara yaxın əkin və örüş sahəsi su altında qalıb. 300-dən artıq ev uçub, 2 minə yaxın ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial obyektlər sıradan çıxıb.
XS
SM
MD
LG