Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

«Azərbaycanda söz azadlığına basqılar artıb»


"Azadlıq" Blokunun aksiyası, 15 May 2010-cu il
"Azadlıq" Blokunun aksiyası, 15 May 2010-cu il
«Ötən il Azərbaycanda söz azadlığına basqılar artıb. Müstəqil jurnalistlər və ictimai fəallar əvvəllər olduğu kimi təqib olunub, xuliqanlıq və böhtan ittihamları ilə həbs ediliblər».

«Amensty İnternational» təşkilatının 2009-cu ildə insan haqlarının vəziyyətinə dair açıqladığı son hesabatda belə deyilir.
Təşkilat qeyd edir ki, Azərbaycanda küçə etirazları faktiki olaraq qadağandır. Hökumətin hüquq müdafiəçilərinə təzyiqi davam edib.

«Amnesty International» insan haqları təşkilatı həmçinin Rusiya, Çin və ABŞ-ı soyqırımı, insanlığa qarşı cinayət və hərbi cinayətləri araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa çağırıb.

«Amnesty International» bildirir ki, 2009-cu il beynəlxalq ədalət məhkəməsi üçün mühüm il olub. Belə ki, Beynəlxalq Məhkəmə Sudan prezidenti Ömər Həssən əl-Bəşirin hərbi cinayət və Darfurda insanlığa qarşı cinayətlərinə görə order verib.

Bununla belə, təşkilatın müvəqqəti rəhbəri Klaudio Kordon qeyd edib ki, ədalətə nail olmaq asan deyil, çünki bir çox dövlətlər özlərini qanundan yuxarıda tutur və siyasi müttəfiqlərini məhkəmə qarşısına çıxmasına mane olur.

«Amnesty İnternational»ın hesabatı dünyanın 159 ölkəsini əhatə edib. Ən böyük tənqidə İran, Sudan, Myanma, Çin hökuməti məruz qalıb. ABŞ hökuməti də «Amnesty İnternational»ın tənqidinə tuş gəlib, səbəb terrorda ittiham olunanların saxlanıldığı Quantanamo həbsxanasının hələ də bağlanmamasıdır.
XS
SM
MD
LG