Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:46

Türkiyə ana müxalifət liderinin 22 min dollar borcu varmış


Kemal Kılıçdaroğlu
Kemal Kılıçdaroğlu
Mayın 22-də Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyət Xalq Partiyasına sədr seçilən Kemal Kılıçdaroğlunun bu günkü məzənnə ilə 4400 ABŞ dolları alacağı və 22000 ABŞ dolları borcu varmış. Bu barədə partiyanın rəsmi internet saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Kılıçdaroğlunun borcu Yapı və Kredit bankınadır. Bu borcun məbləği 2009-cu ildə 57000 ABŞ dolları olub. Amma partiya sədri seçilənə qədər millət vəkili olan Kılıçdaroğlu son bir ildə borcunun xeyli hissəsini ödəyib.

Amma Kemal Kılıçdaroğlunun özününü verdiyi siyahı ilə sahib olduqları ilə onun borc içində üzən kasıb biri olduğunu demək olmaz.

KILIÇDAROĞLUNUN SƏRVƏTİNİN SİYAHISI

Rəsmi internet saytında yayılmış məlumata əsasən onun var-dövləti belədir:

  • Xanımının adına İstanbul və Ankarada iki mənzil
  • Öz adına Ankarada bir mənzil
  • Dəyəri 110 min ABŞ dolları olan torpaq sahəsi
  • Üç kooperativdə pay
  • Oğlu Kərəmin 2004-cü ildə alınan və qiyməti 10 min ABŞ dolları olan Renault markalı maşın
  • Xanımı Səlvi Kılıçdaroğlunun 1983-cü ildə alınan brilyant üzüyü.
  • Özünün 8 ədəd yağlıboya ilə çəkilmiş tablosu var. Müxtəlif vaxtlarda alınan tabloların indiki qiyməti 1500 dollardan 100 000 dollar arasında dəyişir. Müəllifləri də tanınmış Türkiyə rəssamları Nuri Abaç, Hüseyn Yücə, Fikrət Otyam, Gülər Çakır və Ayətullah Sümerdir.

Türkiyə siyasətində gəlir bəyannamələri elan etmək o qədər də yeni və çox da diqqət yetirilən bir hadisə olmasa da Kemal Kılıçdaroğlu buna xüsusi diqqət yetirir. O, hələ iki il əvvəl yüksək vəzifəli rəsmilərdən birinin sahib olduğu mal-mülklə gəlirləri arasında fərqi göstərən sənədləri yaymaqla həmin rəsmini istefaya məcbur etmişdi.

Mayın 22-də CHP-yə sədr seçiləndə etdiyi çıxışında da əsas hədəflərindən biri rəsmilərin var-dövləti ilə rəsmi gəlirləri arasında ucurum idi. İndi Türkiyədə jurnalistlər Kılıçdaroğludan bu istiqamətdə yeni səs-küylü sənədlər gözləyirlər.
XS
SM
MD
LG