İyunun 1-də Bakıda 17-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi açılıb. Sərginin əhəmiyyətindən danışan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, hər sərgi özündən əvvəlkilərdən xeyli fərqlənib:
«Əvvəllər yer azlığı var idi. Amma indi artıq bütün xarici tərəfdaşlarımız bu sərginin yüksək şəkildə, dünya səviyyəsində keçməsi barədə fikirlər söyləyirlər. Düşünürəm ki, tam dünya standartlarına uyğun bir sərgi təşkil eləmişik. Və Azərbaycanda işləyən, eləcə də podratçı olan bütün şirkətlər burada təmsil olunurlar».
SƏRGİDƏ SAZİŞLƏR İMZALANA BİLƏR
Rövnəq Abdullayev deyir ki, sərgi çərçivəsində bəzi şirkətlərlə sazişlərin imzalanması da nəzərdə tutulur. Müəyyən şirkətlər var ki, bu istiqamətdə iş gedir.
BP şirkəti üçün ayrılmış bölməyə yaxınlaşanları məlumatlandıran şirkətin sözçüsü Tamam Bayatlı deyir ki, onlar «Çıraq Neft Layihəsinin - yəni 6 –cı hasilat platformasının tikintisini bəzi sahələrdə artıq başlayıblar. Hətta öncəqazma üçün iri bir avadanlıq tikilib qurtarıb. Bu platforma 6 milyard dollarlıq bir layihədir. Şirkət bu platformadan ilk nefti 2013-cü ildə əldə etməyi planlaşdırır:
«İşlərimiz digər yerlərdə plan üzrə gedir. Platformalarda hasilat işləri rəvandır. Hazırda Azəri-Çıraq-Günəşlidən gündə təxminən 900 min barrel neft əldə edirik. 6–cı platforma 2013-cü ildə tikilib işə düşəndən sonra hasilatımızın daha da artırılması planlaşdırılır. «Şahdəniz» qaz layihəsində də hələlik mərhələ 1-dən hasilat işi plan üzrə normal davam edir. Aldığımız qazı Azərbaycan, Gürcüstan və Türkiyəyə satmaqda davam edirik».
Tamam Bayatlının sözlərinə görə, BP 2010-cu il ərzində Azəri-Çıraq-Günəşli yatağından 42 milyon tona yaxın neft hasil etməyi proqnozlaşdırır.
İllik qaz hasilatının isə 7,6 milyard kub metr olacağı planlaşdırılıb.
ŞİRKƏTLƏR NİYƏ SƏRGİYƏ CİDDİ YANAŞMAYIB?
Günün ikinci yarısı olsa da, 17-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə gələn insanların uzun növbələrdə qeydiyyata düşmək üçün gözləmələri də diqqəti cəlb edirdi. Bəzi şirkətlərin vitrinə qoyduqları broşuraların tarixlərindən isə onların əvvəlki illərin buraxılışı idi.
Sərgi barədə ümumi məlumat, press-reliz də əldə etmək mümkün olmurdu.
Enerji məsələləri üzrə ekspert İlham Şaban sərginin təşkilatçılığından narazı qaldığını deyir.
Onun müşahidələrinə görə, heç şirkətlərin əksəriyyəti də bu tədbirə ciddi hazırlaşmayıblar:
«Baxmayaraq ki, 280 şirkətin iştirak etdiyi bildirilir, mən fikir verdim, onun 30-dan çoxu Azərbaycanın qəzet və jurnalları idi. Yaxud ARDNŞ ilə bərabər onun içərisində olan 10 qurum da siyahıya daxil edilib. Halbuki, hamısı üçün bir lövhə qoyulub. Yəni bu hər şeyin yüksələn xətt üzrə inkişaf etdiyinin sadəcə görüntüsünü yaratmaqdır».
«AZƏRBAYCANDA TANINMAQ ƏHƏMİYYƏTSİZDİR»
İlham Şaban əlavə edir ki, on il əvvəllə müqayisədə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə maraq xeyli azalıb:
«Çünki o vaxt bu bazara can atanlar indi artıq neftini, qazını çıxarıb aparır. Ona görə də sərgidə kiçik bir lövhə qoymaqla kifayətlənir. Digər tərəfdən şirkətlər yaxşı bilirlər ki, Azərbaycanda ictimai fikrə öz brendini tanıtmaq elə bir əhəmiyyət daşımır. Burada yüzlərlə şirkətlər var ki, insanlar adını belə eşitməyiblər, ancaq onlar 100 milyonlarla pul qazanırlar».
İlham Şabanın sözlərinə görə, analoji sərgi Dubayda da keçirilir. Və ona maraq çox böyükdür. Çünki orada biznes üçün istənilən şərait var.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycanda 1994-cü ildən keçirilir.
17-ci sərgi iyunun 4-dək davam edəcək. İyunun 2 –də Bakıda 2 günlük eyni adlı konfrans işinə başlayacaq.