Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

«Milyardlar yem kimi oğruların qabağına atılmasın»


Samir Şərifov
- Bizim Müsavat deputat qrupunun tələbi odur ki, bu milyardlar oğurluq yem kimi oğruların qabağına atılmasın.

Oğurluq? Oğurluğu vaxtında siz etmisiniz, qardaş. O vaxtın büdcəsinə bax, indinin büdcəsinə bax. İnsafın olsun…

Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə Milli Məclisin sədri Oqtay Əsədov arasında belə bir dialoq keçdi. İyunun 18-də parlament «2010-cu ilin Dövlət büdcəsi haqqında» qanuna prezidentin təklif etdiyi əlavə və dəyişiklikləri müzakirə olunarkən. Pənah Hüseynin dediklərinə az sonra qayıdarıq.

MİLYARDLAR HARA YÖNƏLƏCƏK

Bəri başdan bəzi rəqəmləri çatdıraq. Bu il büdcə gəlirlərinin 1 milyard 490 milyon manat, xərclərinsə 1 milyard 11 milyon manat artırıldığı bildirilir. Bununla da, gəlirlər 11 milyard 505 milyon manata, xərclərsə 12 milyard 275 milyon 3 yüz min manata çatdırılacaq. 1 barel neft 60 manat hesablanacaq. Maliyyə Naziri Samir Şərifov:

«Bu il büdcə iki istiqamət üzrə artırılacaq. Vergilər Nazirliyi xəttiylə toplanan gəlirlər hesabına 490 milyon manat, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer hesabına bir milyard manat…»

Samir Şərifov bildirib ki, büdcə gəlirlərinin 300 milyon manatı sel fəlakətinin fəsadlarının aradan qaldırılmasına yönələcək, 400 milyon manatı müdafiə xərclərinə əlavə ediləcək. 129 milyon manatı isə yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına
Vahid Əhmədov
ayrılacaq.

«DÖVLƏT NEFTİNDƏN TRANSFERLƏR 1 MİLYARD MANAT ÇOXALIB»

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov təbii fəlakətlə mübarizəyə ayrılan vəsaitin az olduğunu bildirib. Vahid Əhmədovun bu fikrini bəzi deputatlar da dəstəkləyiblər və gələcəkdə bu məsələyə yenidən baxılmasını təklif ediblər.

Amma Vahid Əhmədov diqqəti əsasən ona yönəldib ki, Dövlət Neft Fondundan transferlər çoxalıb:

«2010-cu ilin büdcəsini qəbul edəndə Neft Fondundan 4,9 milyard manat transfer olunmasını nəzərdə tutmuşduqsa, indi 5,9 milyard manat nəzərdə tutulur. İlbəil bu məbləğin artırılması müsbət hal kimi qiymətləndirilə bilməz. Başqa ehtiyat mənbələrindən istifadə olunmalıdır. Ya Dövlət Neft Fondunun əsasnaməsi dəyişməlidir, ya da əsasnamədə təsdiqlənmiş maddələrə əməl olunmalıdır».

«90 MANATA BİZİ SELDƏN QORUMALIYDILAR»

Müsavat deputat qrupundan Pənah Hüseyn isə ondan danışıb ki, imkan olmasına rəğmən büdcədən maliyyələşənlərin maaşları artırılmır. Deputat bildirib ki, neft gəlirləri müəllimlərin, həkimlərin, hərbçilərin, polislərin insan kimi yaşamasına sərf olunmalıdır. Onun qənaətincə, müəllimin və ya polisin rüşvət almasına səbəb maaşlarının çox az olmasıdır:

Pənah Hüseyn
«Güman olunurdu ki, növbəti altı ay üçün əmək haqlarının, təqaüdlərin 30-35 faiz artırılması ilə bağlı qərar qəbul ediləcək. 300 milyon manat pul ayırırıq fəlakət zonasına. O fəlakət zonasında su təsərrüfatı və meliorasiya sahəsində çalışanların, fəlakətin qarşısını alanların maaşı bilirsiz nə qədəriydi? 90 manat. 90 manata onlar bizi seldən qorumalıydılar. 300 milyon manatı ayırsaq 90 manat alanlar yenə meşələri qıracaqlar, yenə profilaktik tədbirləri görməyəcəklər. Onsuz da 300 milyon manatın 150 milyon manatı yenə yuxarıdan oğurlanacaq. Biz o təhlükəsizliyin təminatı görməyəcəyik…»

Pənah Hüseynin dediklərini dəstəkləyən Cəmil Həsənlisə sovet dönəmindən banklarda qalan əmanətlərin qaytarlımasına toxunub. O hökumətə müraciət edib ki, bu təxirəsalınmaz məsələ kimi gündəmə gətirilsin və əmanətlər daxili borc kimi tanınıb əhaliyə qaytarılsın.

«EVSİZ QALANLARIN ƏLEYHİNƏSİZ…»

Bu çıxışlara etiraz edən YAP-dan olan deputat Aydın Mirzəzadə isə deyib ki, büdcənin əleyhinə olanlar daşqınlar nəticəsində evsiz qalanların, Azərbaycan ordusunun daha modern silahla təchiz olunmasının əleyhinədirlər.

98 nəfər lehinə, 5 nəfər əleyhinə olmaqla Milli Məclis 2010-cu il dövlət büdcəsi haqda qanuna dəyişiklikləri qəbul edib.
XS
SM
MD
LG