PUL ÖDƏNMƏSƏ, QAZ 85 FAİZ KƏSİLƏCƏK
Rusiyanın dövlətin nəzarətində olan enerji nəhəngi «Gazprom» şirkəti aralarında borca Belarusa verdiyi qazın həcmini 15 faiz azaldıb. Bu iki ölkə xeyli müddətdir ki, aralarında qaza görə borc mübahisəsini həll edə bilmirlər. «Gazprom» bildirir ki, Belarus son altı ayda aldığı qaza görə 192 milyon dollar borcludur və pul ödənilməsə, Belarusa verdiyi qazı günbəgün 85 faizə qədər azaldacaq.
Bu barədə «Gazprom»un direktoru Aleksey Miller iyunun 21-də prezident Dmitri Medvedevlə görüşü zamanı məlumat verib:
«Belarusa borcunu ödəmək üçün beş gün vaxt verilmişdi. Amma iyunun 21-ə qədər borc ödənilmədiyindən Belarusa verilən qazın həcmi 15 faiz azaldırlır».
MEDVEDEV: BELARUS PUL ÖDƏMƏLİDİR, YAĞ-PENDİR YOX
Bazar günü danışıqlar üçün Moskvaya nümayəndə heyəti göndərib. Prezident Medvedev də göstəriş verib ki, Belarus nümayəndələri ilə müzakirələr davam etdirilsin.
Belarus borcunun əvəzinə Rusiyaya maşın avadanlıqları və başqa sənaye malları ilə ödəməyi təklif edir. Amma Moskva təkidlə bildirir ki, borcu yalnız nağd pul şəklində alacaq. Aleksey Millerlə görüşündə prezident Medvedev bu mövzuda sərt ifadələrlə danışıb:
«Onlar müqavilədə nəzərdə tutulan qaydada ödəməlidirlər. Müqavilədə güclü xarici valyuta ilə ödəniş nəzərdə tutulur. Başqa variantlar bizim valyuta ilə bağlı qanunvericiliyimizə ziddir. «Gazprom» pul əvəzinə yağ, pendir ya nəsə qəbul edə bilməz. Bunu bizim Belarusdan olan tərəfdaşlarımız başa düşməlidirlər».
«Gazprom»dan bildirirlər ki, müqaviləyə əsasən, Belarus ilin birinci yarısında aldığı qazın hər min metrinə görə 169, ikinci yarısında isə 184 dollar ödəməli idi. Amma bunun əvəzinə qazın kin kubmetrinə 150 dollar ödəyib, borc da arada olan fərqə görə yaranıb.
LUKAŞENKO: MOSKVA QİYMƏTİ QALDIRIB QAZANMAYACAQ, ƏKSİNƏ İTİRƏ BİLƏR
Belarus prezidenti Aleksandr Lukaşenko isə bazar günü ölkəsi ilə Rusiya arasında isti münasibətlər olduğunu deyərək buna görə Moskvanın qazın qiymətini aşağı salmalı olduğunu deyib:
«Ukraynaya qazın qiymətini 30 faiz aşağı salıblar. Bugünlərdə dedilər Macarıstana da qiyməti endiriblər. O halda bizə niyə qiyməti 30 faiz artırırlar? Belarusla başqa ölkələr arasında çox böyük fərq var. Biz Rusiyaya müdafiə sənayesi də daxil olmaqla çox böyük işlər görürük. Onlar Belarusla münasibətlərdə bu yolu tutmamalıdırlar. Bundan Rusiya və «Gazprom» çox şey udmazlar, bəlkə itirdikləri daha çox olar».
Lukaşenkonun isti münasibətlər haqqında dediklərinə baxmayaraq, son aylar Moskva ilə Minsk arasında bir gərginlik var. Keçən ay Rusiya və Qazaxıstan razılaşıblar ki, Belarusu daxil etmədən öz aralarında bir gömrük birliyi yaratsınlar. Belarus Qırğızıstanın prezidenti Kurmanbek Bakiyevə sığınacaq verməklə də Moskvanı qəzəbləndirib.
«GAZPROM» BU DƏFƏ QAZ MÜBAHİSƏSİNDƏ UKRAYNAYA BEL BAĞLAYIR
Amma Belarus həm də Rusiya ilə Mərkəzi və Qərbi Avropa ölkələri arasında qaz ixracında tranzit rolunu oynayır. Rusiyanın Avropaya ixracının 20 faizə qədəri Belarusun ərazisi ilə həyata keçirilir. Belarus ərazisindəki kəmərlərə nəzarət edən dövlət şirkəti «Beltransqaz» şirkəti də qazın tranzitində 12.5 faiz paya sahibdir. «Gazprom»un məlumatına görə, bu ilin əvvəlində onlar Belarus şirkətinə həmin pay üçün 625 milyon dollar ödəyiblər.
«Gazprom» Belarusla mübahisələrə görə Avropadakı müştərilərinin qazının kəsilə biləcəyi ilə bağlı narahatlıqlarına da əsas olmadığını deyib. Şirkət məlumat verib ki, Minsk belə qazın tranzitlə ötürülməsində problem yaratsa, Ukrayna ərazisi ilə ötürülən qazın həcmini artıracaq.
Keçən ilin əvvəlində buna bənzər mübahisə Moskva ilə Kiyev arasında da var idi. O zaman iki həftə Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya çatdırılması dayanmışdı.
Amma Ukraynada Rusiya meylli siyasətçi kimi tanınmış Viktor Yanukoviç prezident seçiləndən sonra Moskva ilə Kiyev arasında münasibətlər istiləşib.