Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:51

«Yol polisində rüşvət yoxdur»


Yol polisi rüşvət almır?
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid

AzadliqRadiosunda "İşdən Sonra" proqramına qonaq olan Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin "yol polisi niyə rüşvət alır?" məzmunda suallara cavabları.

«Yolda qalan sürücüyə kömək etmək inspektorun vəzifəsidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev deyib.

«Yolda qalan sürücüyə kömək etmək inspektorun vəzifə səlahiyyətlərinə aiddir. Birbaşa inspektorun vəzifəsidir ki, yolda qalmış nəqliyyat vasitəsinin sürücüsünə kömək etsin. Ola bilməz ki, hansısa inspektora kimsə yardımla bağlı müraciət etsin, o, köməyini əsirgəsin. Elə bir fakt varsa, onda bizə müraciət edin. Həmin inspektor mütləq intizam məsuliyyətinə cəlb olunacaq».

Dövlət Yol Polisi İdarəsinin sözçüsü deyib ki, Yol Polisində rüşvət faktoru yoxdur:

«Konkret fakt yoxdursa, demək, rüşvət də yoxdur».

Kamran Əliyev deyib ki, onlara rüşvətlə bağlı müraciətlər olmur. Olursa da, bunlar ya təsdiqini tapmır, ya da müraciət edən şəxs sonradan fikrini dəyişir:

«Bizə müraciət olunarsa, həmin müraciət araşdırılır. Təsdiqini taparsa, cinayət məsuliyyətinə cəlb olunur. Amma adətən müraciət edənlər sonradan həmin anda əsəbi halda olduqlarını, ərizələrini geri götürmək istədiklərini deyirlər».

Yol Polisinin rəsmisi «Youtube» saytında yerləşdirilmiş qalmaqallı videonu saxta oyun adlandırıb:

«Orada konkret rüşvətdən söhbət getmirdi. Orada şantaj məsələsi var idi. Amma əfsuslar olsun ki, orada nə inspektorun sifəti aydın görünür, nə də yol patrul xidməti avtomobilinin dövlət qeydiyyat nişanı. Mən o görüntülərə baxdım. Oradan ancaq bu nəticəni çıxara bildim ki, bu, sadəcə olaraq kamera üçün oynanılmış bir tamaşadır. Yəni mən inanmıram ki, o, sırf inspektor, polis əməkdaşıdır. Polis əməkdaşı kamera çəkdiyini görə-görə bilərəkdən vətəndaşa o sözləri deməz».

Bəs saxta video üçün Yol Polisi maşınını haradan alıblar? Kamran Əliyevin bu suala da cavabı var. Dinləyin, eşidin.


/ Hazırladı Kamran Mahmudov /
XS
SM
MD
LG