Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 10:04

Orduda namaza qadağa sədaları...


İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu
Goranboydakı N saylı hərbi hissədə zabit heyəti əsgərlərə namaz qılmağa imkan verilmir.

Bu şikayəti Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzi alıb. Mərkəzin rəhbəri İlqar İbrahimoğlu bu müraciətlə bağlı anonimliyi qorumaq şərtilə araşdırmalara başladıqlarını bildirir.

GORANBOYDA NAMAZA QADAĞA?


«Biz həmin zabitlərlə də danışdıq, mən indi ad çəkmək istəmirəm. Onlar dedilər ki, belə bir göstəriş alıblar ki, müəyyən radikal qruplar yarana biləcəyindən əsgərlərə namaz qılmağa imkan verməyin».

Halbuki Azərbaycanda qanunvericilik hərbi qulluqçulara dini əqidə seçməkdə azadlıq tanıyır. 1991-ci ildə qəbul edilən Hərbi Qulluqçuların Statusu Haqqında qanunun 7-ci maddəsində yazılır ki, hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilməlidir.

Orduda namaza qeyri-rəsmi qadağa ilə bağlı xəbərlər əslində 3 il əvvələ qədər eşidilmirdi. 2007-ci ildə isə vəhabi hesab edilən zabit Kamran Əsədovun Göygöl rayonundakı hərbi hissəni xidməti silahı ilə birgə tərk edərək İsmayıllı meşələrində terrorçu dəstə yaratması ilə bağlı iddialar orduda ibadətə fərqli münasibəti də üzə çıxardı. Bu hadisədən dərhal sonra yerli mətbuatda bir sıra hərbi hissələrdə əsgər və qulluqçuların namaz qılması üçün ayrılan otaqların qapadıldığı ilə bağlı məlumatlar sızdı. Həmin məlumatlarda qeyd edilirdi ki, bundan ötrü Müdafiə Nazirliyinin rəhbərliyindən də yüksək səviyyədə şifahi
Seymur Həziyev
əmr verilib.

NAZİRLİK ARAŞDIRIR

Müdafiə Nazirliyi isə hələ ki, bu məlumatı araşdırmaqla məşğuldur. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib ki, ölkədə insan hüquqları və azadlıqları ilə bağlı konstitusiyada nəzərdə tutulan bütün hüquqlara hərbi hissələrdə riayət olunur.

DİNƏ MEYL ZABİTLƏRİN KARYERASINI SUAL ALTINDA QOYUR?

Goranboydakı olay bu məsələ ilə bağlı yeganə örnək deyil.

Bu il Naxçıvandakı hərbi hissələrin birindən dönən «Azadlıq» qəzetinin yazarı Seymur Həziyev deyir ki, onlarda da namaz qadağan edilmişdi. Seymur Həziyevin fikrincə, ümumilikdə orduda dindarlara münasibət müsbət deyil. Bəzi zabitlər kimin hansı təriqətdən olmasından asılı olmayaraq bütün dindarları vəhhabilər kimi tanıyır. Üstəlik sıravilərə nisbətən, dindar zabitlərə xüsusi arzuolunmaz münasibət göstərilir:

«Mən elə zabitlər tanıyırdım ki, mayor rütbəsini çoxdan almalı olduğu halda hələ də leytenant idi. Məhz dinə meyl etdiyinə görə. Həmin zabitlərlə bağlı bu məsələlər üstündə vaxtı ilə cinayət işi açılmışdı, ancaq onlar həbs edilməmişdilər. Sadəcə rütbələrini artırmamaqla onlara hələ də etibar edilmədiyi nümayiş etdirilirdi».

MÜDAFİƏ NAZİRLİYİNDƏ DİNİ ŞÖBƏ NİYƏ LƏĞV EDİLDİ?

Üzeyir Cəfərov
Hərbçi ekspert Üzeyir Cəfərov bir sıra hərbi hissələrdə namaza qadağa qoyulmasını həm bəzi savadsız zabitlərin kobud təşəbbüsləri, həm də yuxarı qurumların sifarişi ilə izah edir.

O, bir neçə il bundan əvvələ qədər Müdafiə Nazirliyində fəaliyyət göstərən dini şöbənin birdən-birə ləğvini də təsadüf saymır.

Ordu quruculuğunda böyük inkişaf yolu keçmiş müsəlman Türkiyəsinin təcrübəsi də indi Azərbaycanda baş verənlərlə ziddiyyət yaradır.

TÜRKİYƏDƏ BÜTÜN HƏRBİ BİRLİKLƏRDƏ MƏSCİDLƏR VAR

Türkiyə Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəisi Yaşar Dəmirbulaq deyir ki, onların bütün hərbi birliklərində məscidlər var. Hər bir əsgər və hərbi qulluqçular da ibadət azadlığına malikdirlər. Yaşar Dəmirbulağın sözlərinə görə, Cümə namazları sərbəst olsa da, qalan günlər iş və qulluq zamanı ibadətə icazə verilmir:

«İş vaxtı namaz qılmaq olmaz. Əlbəttə istirahət zamanı və ya sənə verilən başqa bir vaxtda namaz qıla bilərsən. Ancaq iş vaxtı olmaz».

Yaşar Dəmirbulaq Türkiyə ordusunda oruc tutmağın da sərbəst olduğunu deyir. Onun sözlərinə görə, yalnız pilotlara oruc tutmağa icazə verilmir.
XS
SM
MD
LG