Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

AXCP-Müsavat: rəqib, yoxsa tərəfdaş?


Bakıda birləşmə haqda optimist fikirlər, bəyanatlar, hələ ki, artmaqdadır.
Bakıda birləşmə haqda optimist fikirlər, bəyanatlar, hələ ki, artmaqdadır.
«Əgər namizədliyim qalası olsa, mən çox səs toplayaram. Amma AXCP ilə Müsavatın parlament seçkilərinə bir blokda getməsi üçün öz namizədliyimi rəqibimin xeyirinə geri götürə bilərəm. Düşünürəm ki, bu iki partiyanın seçkilərə birgə getməsi daha faydalıdır, nəinki ayrılıqda».

MÜSAVATLA AXCP EYNİ DAİRƏDƏ RƏQİB OLACAQ?

Bu, Müsavat partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən qarşıdakı parlament seçkilərində namizədliyi nəzərdə tutulan Muxtar Cəmillinin fikirləri idi.

Onun bu dairədə AXCP-dən hələlik qeyri-rəsmi rəqibi Nemət Əliyevdir.

Nemət Əliyevin ötən parlament seçkilərində bu dairədə hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı da var.

Artıq bir müddətdir ki, AXCP ilə Müsavat partiyasının qarşıdakı parlament seçkilərinə birlikdə-vahid nəmizədlərlə getməsi məsələsi gündəmdədir. Paytaxtda –yəni partiyaların mərkəzi qərargahlarının yerləşdiyi Bakıda bu birləşmə haqda optimist fikirlər, bəyanatlar, hələ ki, artmaqdadır.

VAHİD NAMİZƏDLƏR MÜMKÜNDÜRMÜ?

Bəs 2010-cu il parlament seçkilərinə bütün dairələrdən vahid nəmizədləri müəyyənləşdirmək mümkün olacaqmı?

Muxtar Cəmilli deyir ki, əslində eyni ideologiyanı daşıyan bu iki partiyanın seçkilərə ayrı ayrılıqda getməsi əhalini də çaşdırır. Ona görə partiyaların aşağı eşalonu, yerli təşkilatlar, eləcə də əhali bu birliyi müsbət qarşılayırlar. Ona görə də hər şey partiyaların rəhbərliyində təmsil olunanlardan asılıdır.

İki partiyanın seçkilərə ayrı ayrılıqda getməsi əhalini də çaşdırır
Amma çox güman ki, vahid namizədlə seçkilərə gedilsə, 93 saylı Bərdə şəhər seçki dairəsində AXCP təmsilçisi Nemət Əliyevin adının qalması təklif olunacaq və onlar bu namizədi dəstəkləyəcəklər.

HƏR ŞEY RƏHBƏRLƏRDƏN ASILIDIR


Həm AXCP, həm də Müsavat Partiyasının yerlərdəki nümayəndələri də hesab edirlər ki, namizədlərin ümumiləşdirilməsində və seçkilərə birgə getməkdə onlar problem görmürlər. Muxtar Cəmilli demişkən, hər şey rəhbərlərdən asılıdır.

AXCP-nin Cəliləbad rayon təşkilatının sədri Təzəxan Mirələmli isə deyir ki, əgər partiyalar seçkimlərə birgə getmək qərarı versə, təklif olunan namizədin yerlərdə dəstəklənməsində problem görmür. Həm AXCP, həm də Müsavatın yerli təşkilatlarının ötən seçkilərdən artıq bu məsələ ilə bağlı təcrübəsi var.

O HADİSƏ BİZƏ XEYİR GƏTİRMƏDİ

«Arzulayırıq ki, Bakıda müəyyən qərar verilsin və biz yerlərdə bunu canla-başla yerinə yetirək. Keçən parlament seçkilərində də gördük ki, şəxsən bizim 67 saylı Cəlilabad şəhər seçki dairəsində vahid namizəd məsələsində razılığa gəlinməmişdi. O hadisənin nəticəsini gördük və bu, bizə xeyir gətirmədi. Ona görə də bu seçkilərdə çalışıb ona nail olacağıq. İctimai rəy də bunu tələb edir».

Təzəxan Mirələmli deyir ki, AXCP və Müsavatın rayon təşkilatları hələ birləşmə söhbəti olmamışdan əvvəl artıq öz namizədlərini müəyyənləşdirmişdilər. Amma sonradan yeni situasiyanı da müzakirə etməyə imkan tapıblar. Seçkilərə birgə qatılsalar, ya mövcud namizədlərdən birinin üzərində dayanacaqlar, ya da məhz bu iki partiya seçkilərə birgə getmədiyi üçün namizədlikdən imtina etmiş şəxslər var ki, onlardan birininin üzərində dayanacaqlar. Onun da sözlərinə görə, hər şey partiyaların rəhbərliyindən asılıdır.

HÖKMLƏ YOX, RAZILAŞDIRMA İLƏ


Azər Rəşidoğlu
AXCP və Müsavat partiyalarının funksionerləri ilə bu barədə söhbətlərimizdə onlar vahid namizədin müəyyənləşməsi, öz silahdaşları tərəfindən dəstəklənməsi işində mütərəqqi üsullardan istifadə edəcəklərini demişdilər. Yəni hökmlə, diqtə ilə yox, izahat, razılaşdırma yolu ilə. Əlbəttə ki, əgər birliyə nail olunarsa.

Siyasi şərhçi Azər Rəşidoğlu isə məhz birliyə nail olunmaq məsələsində problem görür.

O hesab edir ki, rayon təşkilatları vahid nəmizəd məsələsinə nə qədər hazır olsalar da bu heç nəyi dəyişmir. Əslində isə bu partiyaların yerli strukturlarının vahid namizəd məsələsini dəstəkləməyə hazır olduqlarını bildirmələrinin əsil səbəbi heç də onların buna hazır olmaları deyil.

«Rayonlarda ilk növdə yerli təşkilatlar qalmayıb. İkincisi rayon miqyasında tanınmış partiya funksionerləri qalmayıb. Qalanlar da iki səbəbə görə bu seçkilərdə iştirak etmək istəmirlər. Birinci maliyyə resurslarına malik deyillər, ikinci həmin seçkiya qatılmaq rayon rəhbərliyi ilə münasibətlərin növbəti dəfə korlanması deməkdir ki, onlar da buna hazır deyillər. Çünki, partiya sədrlərindən fərqli olaraq yerlərdə onlara divan tutulur. Ona görə də seçkidə iştirak etmək istəmirlər və «biz artıq razılaşmışıq» bəyanatı ilə çıxış edirlər».

BLOKA EHTİYAC, MÜBAHİSƏYƏ ƏSAS YOXDUR

Azər Rəşidoğluna görə, indiki halda Müsavat və AXCP-yə nə dairələr üzrə qaşılıqlı güzəşt əldə olunması, nə də yerli təşkilatların hazırlığı vacibdir. Əgər həqiqətən də bu iki partiya seçkilərə birgə getmək istəyirsə, bu elə də çətin məsələ deyil. Bunun üçün birləşdirici qurultay keçirilir və həmin qurultayda qarşıda olan bütün problemlər həll edilir. Beləliklə, nə hansısa seçki blokunun yaradılmasına ehtiyac qalır, nə də siyahı məsələsində mübahisələr ortaya çıxır. İndi müşahidə olunanlar isə qarşıdakı məğlubiyyətin məsuliyyətini başqasının üzərinə yıxmıq söhbətindən başqa bir şey deyil.
XS
SM
MD
LG