Bir neçə ildir ki, su məsələsi Gəncə sakinlərinin aktual probleminə çevrilib. Sakinlər kimi rəsmi qurumlar da təsdiqləyir ki, Gəncənin su və kanalizasiya sistemi istismar müddətini çoxdan başa vurub. Hətta su saxlayan anbarlar da mütləq yenilənməlidir.
Sakinlər isə deyirlər ki, 2000-ci ildən Gəncə Su Kanal Törəmə cəmiyyətinin işçiləri problemi həll edəcək layihədən danışırlar, amma heç bir nəticə yoxdur.
ÇİRKLİ SU YOL BOYU AXIR
Gəncənin kanalizasiya xətti olmayan İnşaatçılar küçəsində sakinlər çirkab suyu quyu və arxlar vasitəsilə axıdırlar. Küçə sakini Rafiyə Məmmədova deyir ki, bu çirkabdan uşaqlar xəstəliyə yoluxurlar:
- Biz kanalizasiyadan çox əziyyət çəkirik. Uşaqlar məktəbə gedə bilmir. Çirkli sular yollarla axır. Xəstəliyə yoluxurlar. Quyular dolur küçələrə axır. Vəd verdilər ki, yazıb vermişik. Layihəniz hazırdır. Amma heç bir iş görmədilər. Bizə belə vədləri 5-6 ildir verirlər.
- Küçədə çirkli sular axır, içdiyimiz sulara qarışır. Heç sularımız da gəlmir. Heç bir vedrə su götürə bilmirik. Onunla ailə təmin eləmək olmaz. Qapılarda qalmışıq. Hər dəfə də hardadır ki, maşınla su vurdurasan. Deyirlər almanlar gələcək. Hansısa layihə işlənilir. Aldadırlar da, bu günü sabaha, sabahı o biri günə, bir nəticə də yoxdur.
RƏSMİLƏR DƏ 10 İLDİR GÖZLƏYİR
Gəncə Su Kanal Törəmə Cəmiyyətinin baş mühəndisi Məmməd Hüseynov deyir ki, Gəncənin 40 faizində çirkab su xətti yoxdur, mövcud olanlar isə yararsızdır. Su paylayıcı xətlər də elə anbarlarda istismara yaramır. O ki qaldı ümidverən layihəyə, Məmməd Hüseynov da 10 ildir ki, həmin layihənin icra olunmamasının səbəbini bilmir.
«Dəqiq məlumat deyil. Amma biz bildiyimizə görə, sentyabr ayının 20-dən sonra layihə üzərində iş başlayacaq. Birinci növbədə anbarların tikilməsidir. Yeni su xətlərinin çəkilməsidir. Sonra isə küçə və məhəllə daxili xətlər çəkiləcək. Sayğaclar qoyulacaq. Ehtiyac var, çünki Gəncə şəhərində əhalinin sayı artır, amma su mənbələri artmır. Şəhərdə 50-ci illərdən çəkilən su borularıdır. Bu xətlər də öz istismar müddətini çoxdan başa vurub. Xanlardan torpaq yeri alınıb anbarlar tikiləcək».
BU AYIN AXIRI QAZINTI BAŞLAYIR
Layihənin Gəncə şəhəri üzrə icraçısı Natiq Əhmədov isə sakinlərə vəd edir ki, layihə bu il reallaşacaq:
«Bu ayın axırı qazıntı işləri başlayır. Şəhər yenidən qazılacaq və su çəkiləcək. Almaniyanın KAYFO bankı İsveçrənin SECO təşkilatının Azərbaycanla birgə maliyyə əməkdaşlığı çərçivəsində reallaşır. Birinci mərhələ üçün 47 milyon avro ayrılıb. Növbəti mərhələlər işin gedişində müəyyən olunacaq. Sentyabr ayında tender də müəyyənləşəcək».
Gəncənin su və kanalizasiya sistemini yaxşılaşdırmağı nəzərdə tutan layihə 2000-2001-ci ildən hazırlanıb. Layihəyə əsasən Gəncənin su və kanalizasiya sistemi tam yenilənəcək. Yeni iri həcmli su tutumuna malik anbarlar inşa ediləcək. Layihə Almaniyanın KAYFO bankı və İsveçrənin SECO təşkilatı ilə Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Gəncənin kanalizasiya xətti olmayan İnşaatçılar küçəsində sakinlər çirkab suyu quyu və arxlar vasitəsilə axıdırlar