Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Çarın forpostu Gümri... (Qafqazda Rusiya bazalarının xəritəsi)


Gümri bazasındakı yer-hava tipli raketlər.
Gümri bazasındakı yer-hava tipli raketlər.

Rusiya və Ermənistan prezidentləri avqustun 20-də Yerevanda imzaladıqları sazişlə Rusiya hərbi bazasının Gümridə qalma müddətini daha 24 illiyinə uzadıblar.

Bazanın icarə müddəti 2020-ci ildə başa çatmalı idi, yeni sazişə görə isə rus qoşunları Ermənistanda 2044-cü ilə qədər qalacaqlar.

Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda rusiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransda sazişi alqışlayıb.

"Rusiya tərəfi öz üzərinə Ermənistan Respublikasının hərbi təhlükəsizliyini təmin etməyi götürür.

Bundan başqa o, erməni ordusunu müasir silah-sursatla təmin edəcək".

Gümri Ermənistanın ikinci böyük şəhəridir – Yerevandan təxminən 130 kilometr şimalda –

ERMƏNİSTAN - TÜRKİYƏ SƏRHƏDİNƏ YAXIN YERLƏŞİR

Bura vaxtilə Osmanlı İmperiyası ilə müharibələrdə Rusiyanın mühüm forpostu olub.

1837-ci ildə burada rus qalası tikilib. Çar Rusiyası dövründə şəhərə Aleksandrapol, sovet dövründə isə Leninakan adı verilib.

Gümri adı şəhərə 1990-cı ildə qaytarılıb.

SSRİ dönəmində şəhərdə sovet hərbi bazası yerləşib.

Sovetlər Birliyi dağılandan sonra burada Rusiyanın 102-ci hərbi bazası yaradılıb.

Baza MDB-nin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində fəaliyyət göstərir.

S-300 raketdən müdafiə silahları, tanklar, zirehli transportyorlar, PDM-lər, toplar və MiQ-29 təyyarələri ilə təchiz edilib.

Şəxsi heyəti təxminən 5 min nəfərdir.

Hərbi texnikanın əhəmiyyətli hissəsi Gümriyə Rusiya qoşunları Gürcüstandan çıxarılarkən gətirilib.

Rusiya bazadan istifadəyə görə Ermənistana icarə haqqı ödəmir.

Rus bazasına Ermənistanda geniş səlahiyyətlər verilməsinə Azərbaycanda münasibət birmənalı deyil. Müxalifət və müstəqil ekspertlər bunu Azərbaycana təhlükə və Dağlıq Qarabağ münaqişəsində Rusiyanın Ermənistana arxa durması kimi qiymətləndirirlər.

Azərbaycan rəsmiləri

SOYUQQANLI GÖRÜNMƏYƏ ÇALIŞIRLAR

Amma avqustun 20-də Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov ümid etdiyini bildirib ki, Moskva əvvəlki öhdəliklərinə sadiq qalacaq – yəni Gümridəki bazadan Azərbaycana qarşı istifadə etməyəcək.

Rusiya Gürcüstandakı bazalarından çıxardığı silah-sursatı da Gümriyə daşıyanda onlardan Azərbaycana qarşı istifadə edilməyəcəyini söz vermişdi.

Yerevandakı mətbuat konfransında Rusiya prezidenti Medvedev deyib ki, yeni saziş regionda sabitliyin pozulmasına yox, əksinə daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Gümridəki rus bazası

“Regionda ən böyük – iqtisadi və hərbi baxımdan ən qüdrətli dövlət kimi Rusiyanın boynuna bölgədə sülhü qorumaq məsuliyyəti düşür”.

Rusiyanın müdafiə naziri isə bildirib ki, hələ ki, Gümriyə əlavə S-300 sistemləri gətirmək planları yoxdur.

Sentyabrda Rusiya prezidenti Medvedevin Bakıya da səfər edəcəyi gözlənilir.



View 102 saylı hərbi baza in a larger map
XS
SM
MD
LG