Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Gürcüstan rüşvətdən necə təmizləndi?


Əlibala Əsgərov Gürcüstanda yaşayan azərbaycanlıların “Qeyrət” xalq hərəkatının sədridir. Onun təşkilatı uzun müddət Gürcüstanda azərbaycanlıların hüquqlarının dövlət qurumlarında qorunması ilə məşğul olub. Amma Əlibala Əsgərov Azərbaycanda rüşvətxorluq və korrupsiyanın səviyyəsindən utandığını, Gürcüstanla fəxr etdiyini deyir.

Bildirir ki, bu ölkədə aşağı səviyyələrdə rüşvət alınıb verilməsi artıq bir tarixdir. Azərbaycanla sıx əlaqələri olduğundan müqayisə kimi də bildirir ki, bu ölkə hazırda Gürcüstanın 15 il əvvəlki rüşvətli günlərini yaşayır.

Bəs, az qala eyni gündə müstəqil dövlət olmuş, eyni separatçılıq müharibələri ilə üzləşmiş, yeddi il əvvəl dəyişikliklər ümidilə prezidenti dəyişmiş bu iki ölkədən biri – Gürcüstan necə qəfil 15 il əvvələ sıçradı? Əlibala Əsgərov bunun Gürcüstanda aşağıdan-yuxarı hamının qanuna tam əməl etməsi nəticəsində mümkün olduğunu bildirir.
Gürcüstan hava limanında bu ölkəyə gələnlərə paylanan xəbərdarlıq, həm də Azərbaycan dilində
Dediyinə görə indi bu ölkədə qanunların diktaturası yaradılıb:

- Heç bir məmur qanunları poza bilməz, əhaliyə qarşı hər hansı səhlənkarlıq olarsa, o an müdaxilə olunur, həmin məmur ya işdən çıxarılır, ya ciddi inzibati cəza alır, ya da həbs edilir. Qanunlar hamıya eyni cür şamil edilir, fəhlədən tutmuş məmura, onların övladlarına qədər.

Əlibala Əsgərova görə, bütün məsələlərin kökündə ölkənin demokratik prinsiplərə sadiq qalmasıdır.

Azərbaycanla get-gəli olan həmsöhbətim düşünür ki, bu ölkədə də Gürcüstandakına bənzər şərait yaratmaq çox çətin iş deyil. Bunun yolu haqqında fikri isə belədir:

- Əgər mərkəzdə oturan bir məmur özündən aşağı məmurdan rüşvət tələb eləmirsə və ya ona aylıq haqq qoymursa, təbii ki, aşağıdakı məmur heç kimi incidə, heç kimdən rüşvət ala bilməz.

Əslən Gürcüstandan olan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də hər dəfə Tbilisiyə gedib geri Bakıya xəcalət çəkə-çəkə dönür: “Gürcüstan yollarında polisin sürücülərə münasibəti, onlara göstərdiyi xidməti Azərbaycana keçəndə ulaq üstündə gizlədilən radarlara müqayisə edəndə utanmamaq olmur”. Zəlimxan Məmmədli Gürcüstanın Azərbaycandan ən böyük fərqinin qonşu ölkədə qanunların aliliyinə hörmət olduğunu deyir.

Söhbəti burada dinləyin.



BƏLKƏ SİZ GÜRCÜSTANDASINIZ, GÖRÜB-EŞİTDİKLƏRİNİZİ SİZ DƏ YAZIN!

Mətnin sonunda FORUM-da fikirlərinizi yazın, söhbətləşək!
XS
SM
MD
LG