Rəsmi «Azərbaycan» qəzetinin bu 14 oktyabr sayında «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna uyğun olaraq müəyyən edilmiş açıq və qapalı yerlər barədə məlumat dərc olunub.
ANCAQ SEÇKİ DÖVRÜNDƏ...
Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyir ki, bu yerlər ancaq seçki dövründə təşviqat kampaniyası üçün ayrılan yerlərdir:
«Təşviqat kampaniyası çərçivəsində qapalı və açıq yerlər ayrılıb. Bugünkü qəzetdə dərc olunan yerlər seçki təşviqat kampaniyası çərçivəsində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçündür».
Zaur Ramazanov deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin bundan əvvəl mitinqlər üçün ayırdığı yerlərin siyahısı qüvvədə qalır.
BU, QANUN POZUNTUSUDUR
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirir ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əsasən, yerin müəyyənləşdirilməsi özü qanun pozuntusudur, həm də namizədlərin seçicilərlə görüş yerlərinin sərbəst toplaşmaq azadlığının təmin olunması kimi təqdim etmək yolverilməzdir:
«Kimsə aksiya keçirmək istəyənin əvəzindən hansısa yerləri müəyyənləşdirirsə, bu qanunun mahiyyətinə ziddir. Eyni zamanda seçki kampaniyası dövründə namizədlərin görüşlərinin sərbəst toplaşmaq azadlığının təmin olunması şəklində təqdim olunması növbəti dəfə manipulyasiya cəhdidir. Çünki «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əsasən təkcə namizədlər deyil, siyasi partiyalar, seçki blokları, ayrı-ayrı vətəndaş qrupları, qeyri-hökumət təşkilatları, ictimai birliklər də bu cür aksiyalar keçirə bilərlər. Bunu aparıb namizədlərin fərdi görüşləri çərçivəsinə sığışdırmaq bu qanunun tələblərini ciddi şəkildə məhdudlaşdırmaq deməkdir».
Seçki eksperti Hafiz Həsənov isə deyir ki, problem qanunlardakı ziddiyyətli məqamlardadır:
«Tamamilə doğru fikirdir ki, sərbəst toplaşmaq azadlığı haqqında bir qanun var və bu qanun da bütün prosesləri əhatə eləməlidir. Baxmayaraq ki, seçkilər var, yoxsa, yox. Bizdə Seçki Məcəlləsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı kütləvi tədbirlər üçün yerlər, açıq, qapalı yerləri müəyyən edir. Seçki Məcəlləsində bu məsələlərin qoyulması əslində həmin qanunun «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunda qoyulan ümumi müddəaların konkret məsələlər üzrə məhdudlaşdırmasıdır».
VƏTƏNDAŞLARI NƏ NARAHAT EDİR?
Siyahıda göstərilən yerlərdən 5-ə biz də baş çəkdik. İlk olduğumuz yer Zivərbəy Əhmədbəyov küçəsi, 6-da yerləşən «Veteranlar bağı» oldu. Rəsmi məlumatda buranın 100-150 yerlik olduğu göstərilir. Bağa yığışanlar deyirlər ki, əvvəllər bu yerdən namizədlərin görüş yeri kimi istifadə olunmayıb. Təqaüdçü Nadir Paşayev təşviqat kampaniyası ilə istirahətlərinin pozulacağından narahatdır:
«Bura əsasən yaşlı adamlar gəlir. Çay içib söhbət edirik. Nərd, domino oynayırıq. Özümüzə uyğun istirahət edirik. Qocalar üçün burdan başqa yer yoxdur, hər yer tutulub, təşviqat üçün başqa yer ayırsalar yaxşı olar, biz narahat olacağıq».
İzmir küçəsi, 5a-da yerləşən ərazi isə 300-400 nəfərlikdir.
Mərdanov qardaşları,113-də yerləşən «Bakı-Tikiş Evi» ATSC-nin həyəti də bu siyahıdadır. Məlumatda deyilir ki, bura 800-1000 nəfər adam yığışa bilər. Tikiş Evindən verilən məlumata görə, müəssisənin rəhbəri Fədai Rəhimov özü də namizədliyini verib.
NAMİZƏD YAXŞI OLSA, QULAQ ASARIQ
Cıdır restoranının qarşısı – N.Nərimanov küçəsi, 55-də yerləşən ərazinin isə 1000-1200 nəfərlik olduğu göstərilib. Göstərilən yer maşın yoludur, bir hissəsi isə Kooperasiya İnstitutunun qarşısına düşür. Tələbələr deyirlər ki, namizədlərin çıxışına qulaq asmaq onlar üçün də maraqlıdır:
«Həmin söhbətlərdə iştirak eləmək maraqlı olar. Dərsdən əvvəl və sonra olsa, gedib qulaq asarıq. Namizəd yaxşı olsa, ona qulaq asmaq olar».
Siyahıda göstərilən 20-ci yaşayış sahəsi, Nemanzadə küçəsi, 90-da yerləşən «Vətən bağı»nın qarşısı 250-300 nəfərlikdir. Bura da əsasən təqaüdçülər yığışır.
Onlardan Qəşəm Məmmədovla Sabir İsmayılov deyir ki, əvvəllər də namizədlər bura gəlib təbliğat aparanda onların görüşündə iştirak ediblər:
«Hər halda maraqlıdır, ən azından həmin adamla tanış oluruq.
Biz qocalar onsuz da həmişə burda oluruq. Kimsə gəlib maraqlı nəsə danışanda adamlar daha çox yığışır».
Namizədlərin təbliğat kampaniyası oktyabrın 15-dən başlayacaq.