Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

Prezidentlər əsir və cəsədləri qaytarmağa razılaşıblar


Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Həştərxanda, 27 oktyabr 2010
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Həştərxanda, 27 oktyabr 2010
Rusiya prezidenti Dmitri Medvedev Qarabağ münaqişəsinin həllinə dair prinsiplərin yaxın aylarda razılaşdırılacağına ümid edir.

Medvedev oktyabrın 27-də Həştərxanda Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdən sonra bildirib ki, münaqişənin həlli üzrə baza prinsipləri adlanan sənəd bu il dekabrın 1-i və 2-də Astanda ATƏT-in sammitində razılaşdırıla bilər. Amma Medvedev əlavə edib ki, tərəflərin hələ də ümumi prinsiplər adlanan sənəd üstündə fikir ayrılıqları qalır. Onun bildirdiyinə görə hər üç ölkənin xarici işlər nazirlərinə sənəd üzərində işi başa çatdırmaq göstərişi verilib.
Üç ölkə prezidenti humanitar xarakterli birgə bəyannamə də qəbul ediblər. Medvedev bildirib ki, Bakı və Yerevan müharibə əsirləri və qətlə yetirilmiş adamların cəsədlərini dərhal bir-birinə verməyə razılaşıblar.

Üç prezident ilk dəfə 2008-ci ildə Moskva yaxınlığında birgə görüşləri zamanı birgə bəyannaməyə imza atmışdılar. Beləliklə oktyabrın 27-də elan edilən sənəd Azərbaycan və Ermənistan prezidentlərinin imza atdıqları ikinci sənəddir.




HƏMÇİNİN OXU: EKSPERTLƏR ƏLİYEV-MEDVEDYEV-SARKİSYAN GÖRÜŞÜ HAQDA

Həştərxanada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb. Jurnalistlər prezidentlərin nümayəndə heyətlərinin iştirakı olmadan Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdiklərini bildirirlər.

Görüşdən əvvəl Rusiya prezidentinin sözçüsü Natali Timakova bildirib ki, bu görüşün yekununda sensasiya gözləməyinə dəyməz: “Bu dasəcə plan üzrə görüşlərdən biridir”.

Bu, 2010-cu ildə prezidentlərin üçlük formatında üçüncü görüşüdür. Sonuncu dəfə onlar bu ilin iyununda Sankt-Peterburqda, ondan əvvəl isə yanvar ayında Soçidə görüşüblər.

İyun görüşündən sonra Ermənistanın Xarici İşlər naziri bildirib ki, Kreml münaqişənin həllinə dair “Madrid prinsipləri” adlanan sənədin yeni variantını təqdim
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Həştərxanda, 27 oktyabr 2010
edib. Yerevan da Qarabağ münaqişəsinin həmin “yeni variant” əsasında həllinə tərəfdardır. Amma Bakıda bildirirlər ki, bu cür sənəd haqqında onlarda məlumat yoxdur. Azərbaycan bu münaqişənin yalnız danışıqlara vasitəçilik edən hər üç ölkənin – ABŞ, Arusiya və Fransanın birlikdə təqdim etdikləri “Madrid Prinsipləri” əsasında həllinə razılıq verib.

Erməni mənbələri ötən gecə Qarabağda qoşunların təmas xəttində döyüşdə bir erməni əsgərin həlak olduğunu bildirirlər. Erməni tərəfi bunu, prezidentlərin görüşü ərəfəsində Bakının təxribatı adlandırıb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, erməni tərəfi tez-tez atəşkəsi pozur və atışma zamanı itkilərin olması istisna deyil. Müdafiə Nazirliyi erməni tərəfin Azərbaycanı sülh danışıqlarını pozmaq cəhdində ittiham etməsini də əsassız bəhanə adlandırıb.

Oktyabrın 27-də Həştərxanda prezidentlərin görüşündən əvvəl İlham Əliyev atasının – Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin abidəsnin açılışında iştirka edib. yeddi metr hündürlüyündə heykəl tuncdan hazırlanıb.

Ermənistan prezidenti isə yerli erməni icmasının nümayəndələri ilə birlikdə Həştərxanın mərkəzindəki xaçkara çiçək qoyub.

HƏMÇİNİN OXU: EKSPERTLƏR HƏŞTƏRXAN GÖRÜŞÜ HAQDA BELƏ DEYİRLƏR
XS
SM
MD
LG