Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:25

«Hürriyyət»in baş yazarı niyə istefa verdi?


AKP tərəfdarları «Hürriyyət»in qabağında etiraz aksiyası keçirib
AKP tərəfdarları «Hürriyyət»in qabağında etiraz aksiyası keçirib
«HÜRRİYYƏT»İN BAŞ YAZARI İSTEFA VERİB

«Hürriyyət» qəzetinin baş yazarı Oktay Ekşi istefa verib. Ekşinin istefasına onun 28 oktyabrda çap edilən «Az demişik» adlı məqaləsində hökuməti tənqid edərkən yazdığı «Bu zehniyyət anasını da satar»sözləri olub.

Baş nazir Ərdoğan bu sözlərə qarşı «sadəcə mübarizə aparmayıb, savaşacaqlarını» açıqlayandan sonra bəzi AKP tərəfdarları «Hürriyyət»in qabağında etiraz aksiyası keçirib. 30 oktyabrdakı məqaləsində üzr istəməsi Oktay Ekşinin «Hürriyyət»dəki işinə davam etməsinə kifayət etməyib və o, 31 oktyabrda köşəsindən oxuculara vida məktubu yazıb.

1952-ci ildə jurnalistliyə başlayan Oktay Ekşi 1966-cı ildən «Hürriyyət» qəzetində işləyirdi.

Oktay Ekşi 1974-cü ildən bəri «Hürriyət»in baş yazarı idi.

Oktay Ekşi Türkiyə Mətbuat Şurasının sədridir.

TANIDIĞIM OKTAY AĞABƏY

Türkiyənin ən centlmen və hər sözünü ölçüb-biçməsiylə tanıdığımız bir neçə yazarından biri olan Oktay ağabəyin «Hürriyyət»ə vida yazısında da dediyi kimi, «Bəzən damlacığın qübbə, qübbənin də damlacıq yapıldığı dönəmlərdən keçərsiniz». 28 oktyabrdakı yazısı avto-nəzarətdən keçəndən sonra dəyişdirdiyi ikicə kəlmə üçün üzr istəsə də, deyəsən, onun bu səhvinin həsrətində olanlar az deyilmiş. İstefasıyla ona yaraşan işi gördü.

«Hürriyyət» Plazanın 11-ci mərtəbəsindəki otağında söhbətimiz həmişə səmimi keçirdi - ən azı 2 saat danışırdıq.

«Qəzetçiliyə başlamağınızın üstündən 56 il keçdi».

Sağ əliylə üzünün sağ tərəfini qapadaraq pıçıltılı ilə:

«58»demişdi axırıncı görüşümüzdə.

2005-ci ildə AKP hökuməti türk cəza qanununda dəyişikliklər edib jurnalistləri həbsə atmaq istəyəndə Mətbuat Şurasının sədri kimi AzadlıqRadiosunun mikrofonuna bunları söyləmişdi:

HAMIDAN ƏVVƏL CƏZA EVİNƏ GİRMƏYƏ HAZIRAM

«Söz və fikir azadlığını müdafiə etmək - mübarizələrin ən şərəflisidir». İnsanların hər gün səhər azad və düzgün xəbər ala bilmələri üçün hamıdan əvvəl cəza evinə girməyə hazıram».

Üzbəüz və ya telefonla - açıqlamalarını alandan sonra təşəkkür edərkən təvazökar sözlərinin arxasında gizlənən şəxsiyyətinə heyran olurdum: «Mən mühüm deyiləm, önəmli olan şey- sənin işinə yaramasıdır».

Oktay ağabəy «Hürriyyət»in baş yazarı vəzifəsindən ayrıldı, ancaq bu ayrılıq onun türk mediasındakı çəkisini daha da artırdı. Çünki o, türk jurnalistika tarixinin gerçək ağır toplarından biridir.

14 ay əvvəl Emin Çölaşan «Sözcü»də yazmağa başlayanda qəzetin 130 min olan tirajı apreldə «Vətən»dən qovulan Necati Doğrunun da qatılmasıyla indi 260 minə çıxıb.

Minə Kırıkkanat ilə Bəkir Coşkunun «Cümhuriyyət»ə keçmələrinin tirajdakı əks-sədasını 3-4 həftə sonra görəcəksiniz.

ƏSAS FAKTOR GÜCLÜ YAZARLARDIR


Təhlillər göstərir ki, çağdaş medianın ayaq üstündə durmasının əsas faktoru - güclü yazarlardır. Oxucu mediada yazar təhlilinə hər şeydən çox önəm verir.

Oxucunun tələbi bu olandan sonra Oktay Ekşinin əsl gücü və dəyəri bir daha ortaya çıxmırmı, sizcə?

Ən qısa müddətdə özünüzün seçəcəyiniz yeni köşənizdə görüşmək diləyi ilə, Oktay Ağabəy.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG