Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:47

ABŞ seçkiyə müdaxiləni pislədi


Filip Krouli
Filip Krouli
ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli parlament seçkilərinə dair bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycanda 7 noyabr parlament seçkiləri bütün müxalifət partiyaları, yerli qrupları və beynəlxalq icmanı təmsil edən müşahidəçilərin iştirakı ilə dinc keçirilib. Lakin seçkilər beynəlxalq standartlara cavab verməyib:

“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının ilkin qiymətləndirməsinə dəstək veririk. Bu qiymətləndirmədə qeyd olunur ki, seçkilərin keçirilməsi, ümumilikdə ölkənin demokratik inkişafı üçün əhəmiyyətli irəliləyiş baxımından qənaətbəxş deyil”.

Bəyanatda seçkinin bəzi texniki aspektləri, o cümlədən mərkəzləşdirilmiş qeydiyyat və yerli müşahidəçilərin rekord sayda olması, xüsusilə də qadın namizədlərin faizindəki artım bu sahədə təkmilləşdirməni göstərən amil kimi dəyərləndirilib. Amma deyilir ki, buna baxmayaraq, seçkiqabağı proses zamanı və seçki günü ciddi problemlər qeydə alınıb.

“Biz, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının seçkiqabağı mühitin, mediada namizədlərin təbliğat-təşviqat prosesinin balanslaşdırılmış tərzdə təşkil olunmaması, toplaşma və ifadə azadlıqları ilə bağlı davamlı məhdudiyyətlər və namizədlər üçün yaradılan qeyri-bərabər imkanların onların qeydiyyatı prosesində pozuntulara gətirməsi ilə xarakterizə olunmasına dair narahatlıqlarını bölüşürük”, - deyə bəyanatda bildirilir .

ABŞ Dövlət Departamenti bildirir ki, seçki günü Amerika səfirliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun həmkarları kimi seçki prosesində ciddi pozuntular, o cümlədən topa-topa bülletenlərin seçki qutularına doldurulmasını qeydə almışdır.

“Biz Azərbaycan hökumətini, indi seçkilərin əlverişli keçirilməsinə müdaxilə etməkdə şübhəli bilinən rəsmilərin məsuliyyətə cəlb edilməsini təmin etməklə, seçkilərlə bağlı şikayətlərə ədalətlə, şəffaf və məqsədəuyğun tərzdə hökm çıxarılmasına diqqət yetirməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini ifadə və sərbəst toplaşma azadlıqlarına hörmət etməyə çağırırıq”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

BƏYANATI BURDA ŞƏRH EDİN
XS
SM
MD
LG