Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

«WikiLeaks»in saytı qapadıldı və... açıldı


“Wiki-Leaks” təşkilatı Amerika diplomatlarının Vaşinqtona vurduqları gizli teleqramların dərcini davam etdirməkdə israrlıdır.

Hətta Amerikada “Wiki-Leaks”ə domain vermiş EveryDNS şirkəti domain-ə girişi bağlasa da.

Şirkət demişdi ki, “Wiki-Leaks”ə görə onların serverinə haker hücumu olub və bu onların serverində yüz minlərlə başqa saytlara təhlükə yaradıb.

Amma dekabrın 3-də “Wiki-Leaks” yenidən İnternetə qayıdıb.

Bu dəfə domain-i İsveçrədən alıb.

Wiki-Leaks-in rəhbəri Culian Assancın vəkili Mark Stephens əvvəlki domain- üçün təhlükənin necə yaradılmasından danışıb: www.wikileaks.ch Amma gwman ki sayt Fransa və İsveçdən idarə olunur.

Bu arada “Washington Post” yazır ki, “Wiki-Leaks” əsasən şayiə və şəxsi dəyərləndirmələrdən ibarət olsa da, Amerikaya böyük zərbə vurub. İlk növbədə də Amerikanın hərbi planlarına.

Məsələn, qəzet xatırladır ki, “Wiki-Leaks”in yaydığı sənədlərdən birinə görə, Yəmən prezidenti ölkədəki Əl-Qaidə mövqelərinin Amerika tərəfindən bombalanmasına icazə versə də, bunun Yəmən qüvvələri tərəfindən edilməsi haqda məlumat yayıb.

Culian Assanc
“Əgər nəzərə alınsa ki, Yəmən hökuməti onsuz da Əl-Qaidəyə qarşı mübarizədə Amerikayla həvəslə əməkdaşlıq etmir, onda aydındır ki, bu məlumatdan sonra

Amerikanın Yəməndə Əl-Qaidə terrorçularına qarşı mübarizə aparması imkanları məmdudlaşacaq.

Halbuki Mərkəzi Kəşfiyyat İdarəsi Yəməndə Əl-Qaidə ozəyinə qarşı mübarizəni Amerika üçün ən mühüm hədəflərdən sayır”.

“Washington Post” yazır ki, məxfi sənədlərin açıqlanmasının Amerikaya vurduğu ikinci zərbə - ABŞ diplomatlarının məlumat toplamaq imkanlarına vurulan ziyandır.

“Terrora qarşı mübarizə qarşılıqlı inam tələb edir. Bundan sonra kim Amerika diplomatlarına etibar edib məlumat ötürəcək?” – deyə məqalə müəllifi Charles Krauthammer sual edir.
XS
SM
MD
LG