Hökumətdən qrant alıb, onun mədən sənayesindəki fəsaliyyətini tənqid etmək olarmı? Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl bunu mümkünsüz hesab edir. Ona görə də bir neçə qeyri-hökumət təşkilatının birləşdiyi Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının əsasnaməsinə dəyişiklik təklif edir.
Onun təklif etdiyi dəyişikliyin məğzi odur ki, bu koalisiyada Şura üzvü olan təşkilatlar hökumətdən qrant ala bilməz, əgər alarsa onda koalisiyanın Şura üzvü ola bilməz.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə burda ciddi problem görmür. Hesab edir ki, hökumətdən qrant alıb həm də onun mədən hasilatı sənayesindəki fəaliyyətini tənqid etmək mümkündür, özü də lap sərt.
İCTİMAİ TƏŞKİLATLARIN “GONGO”LAŞMASI
Zöhrab İsmayıla görə, hökumətin mədən sənayesindəki fəaliyyətini tənqid etməli olan QHT-lərin hakimiyyət qurumlarından qrant almaları onları asılı vəziyyətə salır. Onun fikrincə, QHT koalisiyasının dövlətlə qrant münasibətləri qurumun məhvinə, həmin təşkilatların “gongo”laşmasına, yəni hökumətpərəs olmasına (GONGO- Government Organized Non Government Organization) gətirib çıxaracaq.
“Koalisiya şurası üzvlərinin bəlkə də yarıya qədəri prezident yanında QHT-lərə dövlət dəstəyi şurasından qrant alıblar və eyni zamanda Koalisiyasının Şura üzvü olaraq da qalıblar”.
Zöhrab İsmayıl QHT-lərə Dövlət Dəstəyi Şurasından alınan qrantların artıq təsirsiz ötüşmədiyi qənaətindədir.
“Məsələn, son illər koalisiyanın şura üzvlərinin mədən sənayesində şəffaflıqla, bu sahədəki digər problemlərlə bağlı nə çıxışlarını, nə yazılarını görmürəm. Mən bunu birbaşa Dövlət Dəstəyi Şurasından alınan qrantlarla bağlamaq istəməzdim, amma bu əlaqəni mən də axtarmasam başqa axtaranlar tapılacaq”.
“KOALISIYADAKI QHT-LƏR ÇOXDAN “GONGO”LAŞIB”
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə təklif edilən dəyişikliyin çox sərt olduğunu düşünür. Hesab edir ki, belə vəziyyət QHT koalisiyasının tamamilə dağılması deməkdir. Sahib Məmmədova görə, əsasnaməyə təklif edilən dəyişikliklərin içərisində Koalisiyanın şura üzvlərinin yerli və xarici neft şirkətlərindən qrant almasına da məhdudiyyət nəzərdə tutulmalıdır. Qaldı ki, QHT-lərin “gongo” laşmasına, Sahib Məmmədov hesab edir ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası hələ QHT-lərin Dövlət Dəstəyi Şurası yaradılmamışdan çox-çox əvvəl “gongo” laşıb.
“Mən hesab edirəm ki, Zöhrab bəyin qaldırdığı məsələnin hətta məntiqi əsası olsa belə onun hüquqi əsası yoxdur. Belə ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət orqanı hesab olunmadığından, həmin şuradan qrantın alınması dövlət büdcədən birbaşa subsidiyaların alınması demək deyil. Baxmayaraq ki, o Şura prezident yanında fəaliyyət göstərir, bu, maraq konflikti anlayışına, etik davranış kodeksi anlayışına zidd deyil. Yəni pul verən orqan dövlət orqanı deyil”.
Bu polemikanı daha ətraflı AzadliqRadiosunun “Şəffaflıq” verilişində dinləyin: