Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Hövsan gəncləri prezidentə müraciət edib


Bakının Hövsan qəsəbəsində yaşayan bir qrup gənc prezident İlham Əliyevə, Əfv Məsələləri Komissiyasının üzvləri Elmira Axundova, Məlahət İbrahimqızı, Zəlimxan Yaqub və Vaqif Səmədoğluna müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə 29 dekabr 2010-cu ildə prezidentin imzaladığı əfv sərəncamına toxunulur və bildirilir ki, Azərbaycan futbolçusu - “Şahdağ”, “MOİK”, “Bakılı”, “MKT-Araz”, “Qəbələ”, “Karvan“, ”Qarabağ” klublarında, Azərbaycanın olimpiya yığma komandasında oynamış 26 yaşlı Ceyhun Adışirinovun əfv olunma ərizəsinə müsbət cavab verilməyib.

Məktub müəllifləri deyirlər ki, prezidentin sərəncamına hörmətlə yanaşırlar, amma hesab edirlər ki, Ceyhun Adışirinovun əfvi üçün onun futbolçu kimi istedadı nəzərə alınmalı idi.

Prezidentə müraciətdə gənclər xatırladırlar ki, Ceyhun Adışirinov maşınla qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb.

Amma o, maşınla vurduğu adamı xəstəxanaya çatdırıb və polisə könüllü təslim olub.

Ceyhun Adışirinov Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə cəzaya məhkum edilib.

Cəzasının 1 il 8 ayını çəkib. Saxlandığı 7 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi onun əfv olunması üçün müsbət xasiyyətnamə ilə Əfv Məsələləri Komissiyasına müraciət edib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 92 məhbusa şamil olunub.
XS
SM
MD
LG