Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

İslahatlar ən azı 80 faiz yerinə yetirilməlidir


Azerbaijan -- Mehman Aliyev, Director of Turan News Agency, 05Jul2010
Azerbaijan -- Mehman Aliyev, Director of Turan News Agency, 05Jul2010
Nazirlərin bir birinin ardınca iclas keçirdib qüsurlardan danışmaları prosesi davam edir.

Azərbaycan reallıqları üçün xarakterik olmadığı deyilən bu prosesə münasibət də birmənalı deyil. Baş verənləri ərəb ölkələrində müşahidə olunanlardan dolayı hakimiyyətin islahat görüntüsü yaratmaq istədiyi kimi dəyərləndirənlər də var, bunun əksini düşünənlər də. Hadisələrin dayanmadan yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə alıb düşüncələrini bizimlə bölüşmək üçün “Turan” agentliyinin rəhbəri Mehman Əliyevə müraciət etdik.

Mehman bəy sizcə nə baş verir?

-Keçən ilin oktyabr ayında Dünya Bankı ilə Azərbaycan Hökuməti birgə mühüm bir layihənin təqdimatını keçirdilər. O zaman tərəflər arasında 4 illik bir proqram élan edildi. Həmin proqram bir sıra islahatlar-antikorrupsiya, şəffaflıq, sahibkarlığın, azad iqtisadiyyatın inkişafı və sair xeyli məsələləri nəzərdə tutan böyük bir layihədir. Azərbaycan hökuməti ilə bu strateji işi həyata keçirmək üçün 1 milyard dollar vəsait ayrılıb. İndi bütün bu müşahidə edilənlərin hamısı həmin proqramın tərkib hissəsi olan tövsiyyələrin, tələblərin yerinə yetirilməsidir. Sadəcə hökumət bu proqramı xalqdan gizlədirlər.

Bu proqramın olduğu kimi həyata keçiriləcəyi nə dərəcədə inandırıcıdır?

-Proqramda 4 il müddətində nələrin nəzərdə tutulduğu aydın yazılıb və Azərbaycan hökuməti onların hamısını həyata keçirməlidir. İndi baş verənlərə də bu çərçivədə baxmaq lazımdır.

Bu müşahidə olunanların xalqa bir faydası olacaq sizcə?

-Mən hesab edirəm ki, o layihə 100 faiz də olmasa, 80 faiz reallaşacaq. İkincisi isə hesab edirəm ki, hökumət vətəndaş çəmiyyətinin bu prosesdə iştirak etməsindən narahatdır. Ona görə də biz o prosesə qoşulmaq üçün əlimizdən gələni etməliyik. Bu məsələyə vətəndaş cəmiyyəti - media, QHT-lər və sair nə qədər daxil ola bilsələr, proqramın həyata keçirilməsi də o qədər effektiv olacaq. Yəni bizim bu prosesə dəstəyimiz, iştirakımız çox mühüm əhəmiyyət kəsb edir.

Bu iclasları, özünütənqidləri ərəb ölkələrində baş verən dəyişikliklərlə əlaqələndirib hökumətin görüntü yaratmaq istədiyimi düşünənlər də var.

-Yox, bu belə deyil. Sözsüz ki, bu məsələdə də nəsə görüntü yaratmağa çalışacaqlar. Amma real islahatlar o proqramda yazılıb. Və onlar həyata keçirilməlidir. Yəni bu iş hansisa görüntülərlə, şifahi danışıqlarla yekunlaşa bilməz. Belə olmayacaq.
XS
SM
MD
LG