Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

«Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq»


Zakir Qaralov
Zakir Qaralov
«Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir».

Bu barədə Baş prokuror Zakir Qaralov fevralın 4-də keçirdiyi geniş kollegiya iclasında məlumat verib.

Baş prokuror qeyd edib ki, əməkdaşlar tərəfindən cinayət işlərinin istintaqı və yoxlamalar zamanı rüşvət istənilməsinə, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə qarşı ən ciddi tədbirlərin görülməsi təmin olunmalıdır:

«Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, başqalarından belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun».

5 ƏMƏKDAŞ PROKURORLUQ ORQANLARINDAN XARİC OLUNUB


İclasda bildirilib ki, ötən il Azərbaycanda beş prokurorluq əməkdaşı sistemdən xaric edilib.

Qeyd olunub ki, 2010-cu ildə işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 83 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 50 nəfərə şiddətli töhmət və töhmət elan olunub. 5 əməkdaş tutduğu vəzifələrdən azad edilib. Prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə görə 5 əməkdaş prokurorluq orqanlarından xaric olunub.

Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasını keçirib. O, dövlət qurumlarında korrupsiya, rüşvət və süründürməçilikdən danışıb.

Bundan sonra nazirlik və dövlət komitələrində müşavirələr keçirilib. Rəsmi məlumatlara əsasən, nöqsanlara yol vermiş bəzi məmurlar işdən çıxarılıb, bəzilərinə də ciddi töhmət verilib.
XS
SM
MD
LG