Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:40

Gömrük işçiləri məhkəmə zalında həbs olundular


Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində 4 gömrük işçisini məhkəmə zalındaca həbs ediblər.

Onlar Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektorları Müseyib ƏzizovMirələm İsmayılov, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompyuter operatorları işləyən İsmayıl ƏhmədovNatiq Quliyevdir. Bu şəxslər vəzifə saxtakarlığı edərək külli miqdarda vəsaiti vergidən yayındırmaqda təqsirləndirilirlər. Məhkəməyə qədər zamində olan şəxslər hazırlıq iclasında hakim Azər Orucovun çıxardığı həbs-qətimkan tədbiri qərarına əsasən həbsə alınıblar.

Cinayət işinin istintaqı Dövlət Gömrük Komitəsinin istintaq idarəsində aparılıb.

İttiham aktında qeyd olunur ki, 4 gömrük işçisi 5 digər vəzifəli şəxslə əlbir olaraq ayrı-ayrı adamlardan rüşvət alıblar. Rüşvət əvəzində “Aqrolizinq” ASC-yə avtomobil vasitəsi ilə “soyuducu avadanlıqlarda istifadə olunan kompressorlar”ın daxil olmasını göstərən saxta yük gömrük bəyannamələri tərtib ediblər.

Bundan başqa, “Elektrikquraşdırma” müəssisəsinin guya Rusiyada yerləşən “Enerqomaşstroy” MMC-dən, “Samur-Abşeron Su Tikinti” Törəmə müəssisəsinin isə guya Rusiyada yerləşən “Torqovıy Dom TMK”ASC-dən müxtəlif məmulatlar idxal olunması barədə saxta yük gömrük bəyannamələri tərtib ediblər. Həmin məmulatlar siyahısına metal konstruksiyalar və digər inşaat materialları daxildir.

Məhkəmə baxışı martın 1-nə təyin olunub.
XS
SM
MD
LG