Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:59

Nazarbayevə rəqib olmaq istəyən 21 nəfərdən ancaq 3-ü qeydə alınıb


Qazaxıstanda seçki kampaniyasına start verildi. Mərkəzi seçki komissiyası prezidentliyə 4 namizədi qeydə alıb. Namizədlərin aprelin 1-nə qədər təşviqat aparmaq vaxtı var.

İlkin olaraq Qazaxstan prezidentliyinə 22 nəfər namizədliyini irəli sürmüşdü. Lakin onlardan 11 nəfərin Qazaxstanda yeni tətbiq olunanan ana dili testindən keçə bilmədiyi elan olundu. Daha 7 siyasətçini isə müxtəlif səbəblərlə qeydə almaqdan imtina olunub.

Prezidentliyə rəsmi namizəd statusunu qazananlalr bunlardır:

İndiki prezidetn Nursultan Nazarbayev,
Kommunist Xalq Partiyasından Zhambyl Akhmetbekov,
Vətənpərvərlər Partiyasından Gani Kasymo
müstəqil namizəd Mels Eleusizov.

Namizədlərin rəsmən təşviqat aparamq hüququ olsa da, yerli hökumət hər ehtimala qarşı işləri nəzarətdə saxlamaq qərarına gəlib ki, ərəb dünyasında olduğu kimi sürprizlərlə üzləşməsin.

Təşviqat kampaniyasına bir həftə qalmış AzadlıqRadiosunun qazax, rus və ingilis dilindəki web səhifələrinə giriş məhdudlaşdırılıb. Digər saytlarda da problemlər yaşanıb.
Oxucular BBC-nin rus dilində, K-Plus TV kanalının və müxalifətin “Respublika” qəzetinin saytını acmaqda çətinlik çəkiblər.

Qazaxstanda internetə senzura cəhdi ilk dəfə deyil.

Azad İnternet Uğrunda QHT-si yanvarın 27-də bildirib ki, Qazaxıstan hökuməti ümumilikdə 14 internet saytına girişi bağlayıb.

Bu saytlar arasında sosial şəbəkələr də var. Təşkilat deyir ki, girişlər KazTeleCom provayderi bağlayıb. Ötən il, 2010, 2008-ci illərdə də bu provayder bir sıra hökumətin bəyənmədiyi saytlara girişi məhdudlaşdırmışdı.

AzadlıqRAdiosunun Qazax xidmətinin rəhbəri Yedige Magauin deyir ki, radionun daimi izləyicəyicilərinin əksəriyyəti özəl və ya dövlət idarələrində çalışanlardır, və onlar da internetə iş yerlərində girirlər. Bu iş yerlərinə isə interneti məhz sözügedən provayderlər verir.

İnternetə hücumun hüququ bazası da əvvəlcədən hazırlanıb. 2009-cu ildə Qazaxıstanda qəbul edilən qanuna görə internet saytları da kütləvi-informasiya vasitəsi sayılır və hökumətə ora nəzarət eləmək imkanı verirlir.

Bir çox müstəqil ekspertlər düşünür ki, Nazarbayev hökuməti Misir və Tunisdəki inqilablarda internetin rolunu görəndən sonra seçkiöncəsi işlərini təsadüflərin ğhdəsinə buraxmaq istəmir. Hökumət provayderlər vasitəsilə interneti məhdudlaşdırmaq imkanlarının müxtəlif yollarını sınaqdan keçirirlər ki, istədikləri vaxt onları tam bağlaya bilsinlər.

AzadlıqRadiosunun Orta Asiya üzrə şərhçisi Bruce Pannierin fikrincə, əslində Qazaxıstan rəhbərliyinin bu addımlarına heç ehtiyac da yoxdur. Çünki ölkə müxaliəti yetərincə zəifdir.

Üstəlik ölkənin cəmi 16 milyonluq əhalisi Alma-Atı və Astana şəhərləri istisna olmaqla böyük əraziyə səpələnib. Bu iki şəhərin özündə isə internet istifadəçiləri olduqca pərakəndə haldadırlar və hansısa kütləvi alsiyaya qadir deyillər.
XS
SM
MD
LG