Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:42

İbrahim İlyaslı. İki ithaf şeiri



EŞQİNƏ


Televiziyznın səhər verilişində Aşıq Əli Quliyev saz çalırdı...

Bu sabahlar bir qiyamat qopartdı,
Saz Əlinin, Əli sazın eşqinə.
Bu misralar kəlmə-kəlmə sinəmdə
Qatarlandı bu avazın eşqinə.

Zilə qalxdı – beçə pərdə sızladı,
Bəmə endi – barmaqları buzladı.
Şah pərdədə ərəb atlar tozladı,-
Mənzil kəsdi bu murazın eşqinə.

Qayıbdan bir nida qopdu: Paho...pah...
Bu dünyanın şahı qulmuş, qulu şah...
Elə sandım tüstülənir qul Əmrah
“Sərvi boylu Səlminaz”ın eşqinə.


ŞAİR EKBER GOŞALIYA

Şimdilerde –
Sene yüz tutub
Şu misraları pıçıldadığımda
Ömrün 46-cı senesindeyim,
Arkadaş.
Zaten şimdiyecen
Ne Tebrizde müsafir olamadım,
Ne İstanbulda mehman.
Ne at sırtında
Altay dağlarını aşamadım,
Ne de payi-piyada yortamadım
Kıpçak çöllerini.
Fakat,
Palıd kendi yaprağını,
Yovşan kendi kokusunu
Tanıdığı kadar tanıram
Sınırsız Turan ellerini...

www.dgtyb.org
XS
SM
MD
LG