Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:10

R.Kobia: «ARDNŞ prezidentinin açıqlaması Bakının yekun qərarı deyil»


Roland Kobia
Roland Kobia
«Biz elə mərhələdəyik ki, bütün kartlar açıqdır. Ola bilsin ki, Azərbaycana qərar qəbul etmək üçün vaxt lazımdır. Biz bunu başa düşürük».

Bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia ARDNŞ prezidenti Rövnəq Abdullayevin «Azərbaycan «Nabucco»ya qoşulmaya da bilər» açıqlamasına münasibət bildirərkən deyib.

Səfirin fikrincə, bu açıqlama Azərbaycanın yekun qərarı deyil.

R.Kobia deyib ki, Azərbaycanda «Şahdəniz»lə yanaşı, başqa yataqlar da olacaq və bu qazı ixrac etmək lazım gələcək:

«Ona görə də belə bir layihə Azərbaycanın Avropa bazarına daha çox qaz ixrac edə bilməsi üçün əlverişlidir. Biz yenə də düşünürük ki, Azərbaycanla enerji sahəsində düzgün əməkdaşlığımız var. İnanırıq ki, bu əməkdaşlıq davam edəcək».

AVROPA İTTİFAQININ ENERJİ ÜZRƏ KOMİSSARI GÜNTER OTTİNGER AZƏRBAYCANA GƏLƏCƏK

Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottinger (Günther Oettinger) iyunun 6-8-də Azərbaycanda səfərdə olacaq.

Günter Ottinger

Bu barədə mayın 26-da keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.

R. Kobia səfər çərçivəsində «Nabucco» layihəsi ilə bağlı müzakirələr aparılacağını deyib.

Enerji komissarının səfəri həm də iyunda Azərbaycanda keçiriləcək neft-qaz sərgisi ilə bağlıdır. /APA/

HƏMÇİNİN OXU:
Azərbaycan «Cənub qaz dəhlizi»nə qaz verir
«Azərbaycan qazı uğrunda mübarizə Avropanın enerji təhlükəsizliyinə xələl gətirə bilər»
2010-cu ilin enerjili hadisələri
«Azərbaycan «Nabucco»dan asılı deyil»
«Nabucco» rəhbərliyi bu il kəmərin tikintisinə başlamağa çalışır
XS
SM
MD
LG