Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:11

Yalan detektorundan keçə bilməyən məmur qovulur


Məmurlar "yalan detektoru"ndan keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00
Direct-ə keçid

Tatarstanda korrupsiyaya qarşı "yalan detektoru" istifadə edilir.



Hərə rüşvətlə öz bildiyi kimi mübarizə aparır, Tatarıstanın paytaxtı Kazanda isə bir ildən çoxdur ki, yalan detektorundan istifadə olunur.

Məmur masa arxasında oturur, suallara cavab verir, sensorlar, naqillər vasitəsilə onun sinəsinə, biləyinə, barmağına, qoluna birləşdirilən yalan detektoru məmurun cavab verərkən ürəyinin döyüntüsünün, nəfəs almasının, qan təzyiqinin dəyişməsini qeydə alır.

Rusiyada neçə ildir ki, yalan detektorundan istifadənin qanuniliyi böyük mübahisə mövzusudur. Bunu insan haqlarının pozuntusu hesab edənlər çoxdur.
Ancaq Kazan rəhbərliyinin arqumenti odur ki, şəhərdə korrupsiya, rüşvət görünməmiş səviyyədədir.

KAZAN POLİSDƏN NÜMUNƏ GÖTÜRÜB

Kazan şəhər hakimiyyətində anti-korrupsiya departamentinin rəhbəri Oleq Novikov deyir ki, bütün məmurlar testdən keçir və testin nəticəsinə şübhə yoxdur:

“Burda mən ürəyin necə döyündüyünü görürəm. Bəziləri impulsiv ola bilər, bəziləri cavab verərkən tamam başqa fikirlər söyləyə bilər. Ancaq sən başqalarını aldada bilərsən. Öz bədənini aldada bilməzsən. Maşın üçün fərqi yoxdur sən rəhbər işçisən yoxsa adi fəhlə. Qadınsan ya kişisən. Maşın yalnız sənin suallara cavab verəndə reaksiyanı göstərir”.
Tatarstanda istifadə olunan yalan detektoru

Kazan rəhbərliyinin başqa arqumenti odur ki, Rusiyada hüquq-mühafizə orqanlarına işə götürəndə namizədin yalan detektorunda sınağa çəkilməsi adi haldır.

6 GENERAL İŞDƏN NİYƏ ÇIXARILDI?

Rusiya polisində bu ildən islahat başlanıb. Rusiya prezidenti Medvedevin şəxsən dəstəklədiyi bu islahatlarda bir maddə var - işə götürülənin yalan detektorunda testdən keçməsi məcburidir.

Bu ayın əvvəlində Medvedev 6 yüksək rütbəli polis rəisini işdən çıxartdı. Məlumatlara görə, onlar məhz yalan testindən keçə bilməmişdilər.

Daxili İşlər Naziri Rəşid Nurqaliyev jurnalistlərə deyib ki, onun özü yalan detektorunda testdən keçib.

Moskva şəhər hakimiyyəti də bu ay elan etdi ki, bütün şəhər məmurlarının məcburi olaraq yalan testindən keçməsi məsələsinə baxır.

Ancaq bütün dövlət rəsmilərinin yalan testindən keçməsi Rusiyada 2 ildir ki, yerində sayır.

Rusiya Dumasında belə qanun layihəsi 2009-cu ildə hazırlanmışdı. Ancaq qəbul olunmadı.

Təkcə ona görə yox ki, buna qarşı böyük məmur müqaviməti var.

QANUNİ ƏSASI VARMI?

Kazandakı Aqora İnsan Haqları Mərkəzinin rəhbəri Pavel Çikov deyir:
“yalan detektorundan Rusiyada tez-tez istifadə olunsa da, bunun qanuniliyi şübhə altındadır. Çünki bunun leqal statusu müəyyənləşməyib. Rusiyada elə bir qanun yoxdur ki, yalan detektorundan istifadəni izah etsin, bunu tənzimləsin və ya detektorun çıxardığı nəticənin qanuni çəkisini müəyyən etsin”.

Kazanda isə mübahisələr detektordan istifadənin qanuniliyi ətrafında yox, məcburi və ya könüllü ola bilməsi ətrafında gedir.

KÖNÜLLÜ MƏCBURİLİK

Novikov deyir ki, yalan detektorundan keçmək məcburi deyil, könüllüdür.

Ancaq o əlavə edir: “ hər bir məmura məsləhət görülür ki, öz xoşu ilə testdən keçsin, yoxsa ondan şübhələnəcəklər”.
Rusiyada polis əməkdaşı yalan detektorunda, 30 aprel 2009

Novikov: “Belə şübhələr isə böyüyüb söz –söhbət yaradır. Bu da həm məmur üçün, həm də onun işlədiyi idarə üçün üçün arzuolunmazdır.
Təbii ki, testdən keçmək istəyən azdır. Onlar deyirlər ki, əgər könüllüdürsə, niyə testdən keçməliyik? Ancaq hər idarənin öz daxili oyun qaydaları var”.

Novikov deyir ki, testi verə bilməyən onlarla məmur işdən çıxarılıb.

Testi verə bilməyənlərdən biri şəhərin torpaq komitəsinin keçmiş sədr müavini və əmlak komitəsinin keçmiş sədridir. Onun haqqında dərhal cinayət işi açıldı.

Novikov onu da deyir ki, rüşvətin iki tərəfi var:
“valideyn uşaqlarını daha yaxşı bağçaya, məktəbə, universitetə düzəltmək üçün rüşvət verməyə meyillidir. Xəstə həkimin daha yaxşı baxması üçün rüşvət verməyə hazırdır.”

ŞOU?

İnsan haqları fəalı Çikov isə deyir ki, Kazan rəhbərliyinin etdiyi şoudur, real iş deyil: “Rəhbərlər öz işçilərinin hansının təmiz olmasını çox gözəl bilirlər.
Adətən o işçilər aldıqları rüşvətin böyük hissəsini məhz öz rəislərinə verirlər. Mən qorxuram ki, yalan detektorundan indiki istifadə ictimaiyyətə ünvanlanan qısa müddətli şou layihə olsun. Bu, rüşvətlə mübarizə deyil”.

...Kazan şəhər hakimiyyətində idarə rəhbərinin müavini olan Roman Fatxuddinov testi keçir. O deyir: “Əlbəttə bu, xoşagəlməzdir, ancaq lazımlıdır. Bu testi hamı keçməlidir”.

Azərbaycanda məmurlar yalan detektorunda testdən keçmirlər. Ancaq görəsən lazımdırmı?
XS
SM
MD
LG