Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:50

Ankara Kazanda irəliləyişə ümid edir


Əhməd Davudoğlu
Əhməd Davudoğlu

Ankara Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Rusiyanın Kazan şəhərində görüşündə irəliləyiş əldə olunacağına ümid edir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ANS TV-ə müsahibəsində deyib:

"Dünən prezidentin ifadələrindən Kazan görüşündə bəzi irəliləyişlərin olacağı qənaətinə gəldim. Bundan başqa bizim Rusiya, Amerika və Fransa rəsmiləri ilə hər görüşümüzdə ən vacib müzakirələrimizdən biri Dağlıq Qarabağ məsələsidir.

Və məsələnin həllində biz də xüsusən bu işə cəlb olunmuş tərəf qismində hər cür səylərimizi göstərəcəyik. Mən irəliləyişlərin ümidverici olduğu qənaitindəyəm. Böyük səkkizliyin son iclasında ortaya qoyulan perspektiv ümidvericidir. Ümid edirik ki, Ermənistan da bu məsələdə süründürməçiliyə yol verməyin öz mənafeyinə zidd olduğunu anlayacaq və tez bir zamanda ədalətli bir seçimə yol açılacaq", deyə Türkiyənin Xarici İşlər naziri bəyan edib.
XS
SM
MD
LG