Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi Layihəsinin dəyəri bahalaşıb.
Paytaxtda bu sistemin qurulması əvvəlcə nəzərdə tutulduğu kimi 77 mln. ABŞ dollarına deyil, 100 mln. dollara başa gələcək.
Bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov bildirib.
O deyib ki, bahalaşma həm dünya iqtisadiyyatında baş verən proseslər, həm də layihənin əhatə dairəsinin genişlənməsi ilə bağlıdır. Belə ki, əvvəllər layihə çərçivəsində 6 istiqamətdə kameraların qurulması nəzərdə tutulurdusa, indi bu istiqamətlərin sayı artıb.
Bununla yanaşı, yaradılan İntellektual Sistemin işə düşməsi də gecikir. Əvvəlcə layihənin iyul ayında işə salınması nəzərdə tutulsa da, sonradan bu müddət noyabr ayına keçirilib.
N. Həsənov bunu sistemin işini təmin edəcək avadanlıqlar, dirəklərin quraşdırılmasında yaranan çətinliklərlə, kommunikasiya xətlərinin dəyişməsi ilə izah edir. /APA/
MÖVZU İLƏ ƏLAQƏDAR OXU
İNTELLEKTUAL SİSTEM, YOXSA MİLYONLARIN YUYULMASI?