Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Həkimeldostu Mehdiyev: «Yumruqla sinəmdən vurub, bayıra itələdilər»


Həkimeldostu Mehdiyev. Arxiv foto (31 yanvar 2009)
Həkimeldostu Mehdiyev. Arxiv foto (31 yanvar 2009)
Naxçıvanlı hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev bildirir ki, Sədərək gömrük məntəqəsində onu döyüblər.

Həkimeldostu Mehdiyevin dediyinə görə Naxçıvan sakini Əhməd Sultanov Türkiyədən ərzaq gətirərkən Sədərək gömrüyündə saxlanılıb. Onun gətirdiyi ərzaq məhsulları isə gömrük işçiləri tərəfindən müsadirə olunub. Hüquq müdafiəçisi deyir ki, Naxçıvan sakini məsələnin qanuni tərəfini araşdırmaq üçün onu gömrüyə çağırıb:

«Əhməd Sultanov mənə zəng eləyib bildirdi ki, üç nəfər ailə üzvü ilə birgə oğlunun toy mərəsimi üçün Türkiyədən gətirmək istədiyi ərzaqları Sədərək gömrüyündə müsadirə ediblər. Bir hüquq müdafiəçisi kimi məsələni araşdırmaq üçün gömrüyə gəldim. Gömrük işçilərindən müsadirə olunan malları göstərmələrini tələb etdim. 20 kq toyuq, 30 kq kartof, 10 kq üzüm, 20 ədəd meyvə şirəsi, bir də yumurta idi. Gömrük işçiləri mənə dedi ki, bu ərzaqlar məhdudlaşdırılmış məhsullar siyahısındadı. Mən qadağan olunan məhsulları siyahısını tələb edəndə yumruqla sinəmdən vurub, məni bayıra itələdilər. Sonra bir nəfərə göstəriş verdilər ki, məni döysün. Həmin adam butulka ilə başımdan vurdu».

Həkimeldostu Mehdiyevin deməsinə görə o, dərhal üzləşdiyi təzyiqlə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 155 qaynar xəttinə zəng edib:

«Sədərək rayon polis bölməsindən bir nəfər zabit göndərdilər. Məni döyənləri ona göstərdim. O mənə dedi ki, bizim gömrük işçilərinə gücümüz çatmır. Yaxşı olar ki, prokurorluğa müraciət edəsən. Sonra isə çıxıb getd».

Məsələyə aydınlıq gətirmək üçün Sədərək rayon polis bölməsinə zəng etdik. Bölmənin növbətçi otağından bildirdilər ki, belə bir hadisə barəsində onlara məlumat daxil olmayıb:

«Bizim Sədərək gömrüyündə nümayəndəmiz var. Əgər belə hadisə baş versə idi bizim xəbərimiz olardı».

Həkimeldostu Mehdiyev isə, hüquqlarının qorunması üçün Sədərək Rayon Prokurorluğuna müraciət edəcəyini bildirir.
XS
SM
MD
LG