Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:56

«Eurovision-2012» harda keçiriləcək?


«Eurovision 2011»-də Azərbaycan təmsil edən Ell və Nikki
«Eurovision 2011»-də Azərbaycan təmsil edən Ell və Nikki
Avropa Yayım Şurasının rəsmisi Sietse Bakker avqustun 9-da Bakıya gələcək. O, «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi yeri Azərbaycan tərəfi ilə müzakirə edəcək.

Səfər öncəsi Sietse Bakker Belgovision.com-a müsahibəsində bildirib ki, Azərbaycanda «Eurovision»in keçirilməsi üçün nəzərdə tutulan yer hələ tikilir, ona görə də, ölkə alternativ yer təqdim etməlidir, yəni onun ehtiyat üçün «B» variantı da olmalıdır.

Azərbaycan «Eurovision-2012» Təşkilat Komitəsinin üzvü, İTV-nin direktoru İsmayıl Ömərov AzadlıqRadiosuna bildirib ki, onların ehtiyat variantları var:

«Yarışmanın mütləq 50 minlik zalda keçirilməsi tələbi yoxdur. Bizim də 10 minlik Heydər Əliyev adına İdman Konsert Kompleksimiz var, buranı da alternativ variant kimi təklif edə bilərik».

Müsabiqənin keçiriləcəyi yerlə bağlı İsmayıl Ömərov daha geniş açıqlamanı Sietse Bakkerlə müzakirələrdən sonra verə biləcəyini söylədi.

Belgovision.com-un məlumatına görə, bu müzakirələrdən sonra «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi yer elan edilməlidir.

2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycan 25 ölkə arasında birinci olub. Azərbaycanı mahnı müsabiqəsində Ell & Nikki cütlüyü «Running scared» mahnısıyla təmsil ediblər.

HƏMÇİNİN OXU:

«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək
«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?
İlham Əliyev: «Qələbədən sonra çox gözəl anlar yaşadıq»
«Eurovision» qalibləri Bakıya döndülər
Gürcülər «Eurovision»u bağlayacaqlar
"Bu, hamımızın qələbəsidir" - VİDEO
Bakı sakinlərinin "Eurovision" sevinci
XS
SM
MD
LG