Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:14

«New-York Times» evindən zorla çıxarılan Bakı sakinlərindən yazır


"The New-York Times" qəzeti Bakıdakı tikinti bumu, bunun adi insanlara yaratdığı problemlər haqqında yazıb.

Qəzet yazır ki, 1995-ci ildə Baki-Ceyhan neft kəməri işə düşəndən sonra Azərbaycanın gəlirləri artdı. Bundan ruhlanan hökumət həmin pullarla yeni tikinti layihələri reallaşdırmağa başladı.

Son illərdə Bakı sovet üslubunda tikilmiş şəhərdən göydələnləri, mərmər parkları olan parlaq meqapolisə çevrilməkdədir. Burada hətta dünyanın ən bahalı avtomobillərindən olan “Bentli” satılan dükan da var.

İKİ HƏFTƏ MÖHLƏT, POLİS VƏ BULDOZER

Amma məqalədə tikintilərin adi insanlara yaratdığı çətinliklərdən, sökülən evlərin sakinlərə təklif edilən kompensasiyaların bazar qiymətlərinə uyğun olmamasından bəhs edilir.

Qəzet evləri söküləcək sakinlərə bildiriliş göndərilərək mənzillərini boşaltmaq üçün 2 həftə möhlət verildiyini, buna razı olmayanların mənzillərindən polis tərəfindən zorla çıxarıldığını, yerli hüquq müdafiə təşkilatlarının bildirdiyinə görə, bəzən hətta sakinlər
Evlərindən çıxarılan alimlər. 30 iyun 2008

evdə ola-ola söküntü işlərinə başlanıldığını yazır.

“The New-York Times”ın müxbiri Amanda Erickson Bakı sakini Eldostu Elmanla söhbətləşib.

O yazır ki, E.Elman şəhərin mərkəzində yaşayır. Hökumət doqquz nəfərlik ailəsinin yaşadığı evin sökülməsinə görə ona 100 min dollar təklif edir. Amma E.Elman deyir ki, həmin pulla şəhərin mərkəzində ailəsini təmin edəcək yeni mənzil alması mümkün deyil.

“New-York Times” qəzeti “Human Rights Watch” hüquq müdafiə təşkilatına istinadla axır illərdə Bakının mərkəzində yüzlərlə ailənin bu cür evlərindən çıxarıldığını, şəhərin mərkəzində mənzilin kv. metrinin 5 min dollara olduğu halda bunun əvəzində sakinlərə 1900 dollar təklif edildiyini yazır.

"MƏHKƏMƏLƏR MƏMURLARIN TƏRƏFİNİ SAXLAYIR"

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun qəzetin müxbirinə dediyinə görə, Mənzil Məcəlləsində insanların evlərindən yollar, kommunikasiya xətləri,

müdafiə qurğularının inşası ilə bağlı çıxarıla biləcəyi qeyd edilsə də, sakinlərə sadəcə evlərini tərk etmələri haqda xəbərdarlıq gəlir. Onlara şəhərin kənarında evlər təklif edilir.

L.Yunus deyir ki, insanların öz əmlak hüquqlarını müdafiə etmələri üçün çox az vasitəsi var, çünki məhkəmələr məmurların tərəfini saxlayır.

Evinin söküləcəyi barədə xəbərdarlıq alan başqa bir Bakı sakini Afaq Adilqızı isə “The New-York Times”ın müxbirinə deyib ki, o öz ailəsi ilə birlikdə uzun illərdi yaşadığı mənzili tərk etmək fikrində deyil:

“Mən burda öləcəm. Məni burdan yalnız buldozerlər vurub çıxara bilər”.
XS
SM
MD
LG