Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:54

Təqsirləndirilən şəxs hakimə və prokurora hökm oxuyub


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Avqustun 27-də Göyçay rayon məhkəməsində hüquq müdafiəçisi Vidadi İsgəndarliyə hökm oxunacaq. Bu gün isə Vidadi İsgəndərli «son söz» əvəzinə məmurlara hökm oxuyub.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Xalid Bağırov məlumat verib:

«Vidadi İsgəndərli məhkəmədə dedi ki, o ümumiyyətlə son söz söyləmir. Yəni müdafiə nitqi yox, ittiham nitqi söyləmək fikrindədir. Sonra konkret olaraq hakimdən tutmuş, prokuror, baş prokuror, nəqliyyat nazirinə qədər hamısının adlarını sadalayaraq hər birinin neçə il həbs edilməsi və əmlaklarının xalqın xeyirinə müsadirə olunması barədə hökm oxudu. Yənu bu şəkildə bir çıxış etdi. O nitqini Azərbaycanın himnini oxumaqla başa çatdırdı».

Vəkilin sözlərinə görə məhkəmə salonunda prosesi müşahidə edənlər də Vidadi İsgəndərliyə dəstək olaraq ayağa qalxıb onunla birlükdə himni ifa ediblər. Sonda polis zor tətbiq edərək Vidadi İsgəndərlinin ağzını qapamaqla himni oxunmasını dayandırıb.

Hüquq müdafiəçisi bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Vəkilinin deməsinə görə, prokuror 4 ilə qədər cəza istəyibsə, hakim təqsirləndirilən şəxsə həmin müddətdən artıq cəza verə bilməz.
XS
SM
MD
LG