Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:20

Musa Yaqub "Ad" (Poema)


Mən könlümün istəyilə
birdən-birə
Bu gün yenə gəlib çıxdım
Uşaqlığım keçən yerə.
Dəyişilib uşaq evi,
Basqalaşıb о bağça, bağ;
Ammа hələ yerindədir
О daş hasar.
Bir də həmin daş hasarı
İki bölən nəhəng qovaq.
Bu qovağın gövdəsində
Neçə-neçə iz qaralıb.
Hələ divar daşlarında
Cızmaqara adlar qalıb.
Bu «Pərvizdir»,
tanıyıram.
Bu «Nərgizdir»,
tanıyıram.
Bu «Kərimdir»,
tanıyıram.
Bircə mənim adım yoxdur,
Adım yoxdur, özüm varam,
Mənim adım çiçək deyil,
Çəmənlərdə tapa bilim,
Mənim adım külək deyil,
Göydə, yerdə tapa bilim.
İtib-batan bulaq deyil,
Dəryalarda
Tара bilim damcısını,
Adsızlığın
Duydum ağrı-acısını...
Bəlkə adım
O vaxt düşüb top ağzına,

Atılıb çox uzaqlara,
Hardasa od tutub yanıb.
Görən, kimin dilindədir,
Görən, hansı dodaqdadır,
qıfıllanıb?
İtən adın arxasında
Atam durub, mən görmürəm,
Babam durub, mən görmürəm,
Anam durub, mən görmürəm,
Məzar durub, mən görmürəm.
Нес о zaman düşünməzdim
Bu mənə bir dərd olacaq.
Eh, о zaman kim bilirdi
Kim öləcək, kim qalacaq.
О illəri kim vermişdi,
kim apardı...
Onda bizim fikrimizdə
Bir hay-küylü uşaq evi,
Bir də dava nağlı vardı.
Bir də Kövsər xalamızın
Yumşaq qəlbi, səxavəti,
Əllərinin hərarəti.
Bu daş üstə oturardı
о çox zaman...
Hardadı o zərif vücud,
Hardadı о səbri ümman?
Könlümüzün ilk arzusu,
Çiçəklərin ən zərifi,
Bulaqların ən durusu,
Yetimlərin görən gözü,
Qadınların dözümlüsü,
Anaların müqəddəsi,
Gərəkli əl,
Çörəkli əl,
Həlim nəfəs...
Hardadı bəs?..
Məni görüb sevinmədi,
Göy damarlı əlləriylə
Saçlarımı oxşamadı,
Dilində bu xoş bayatı:
«Äy mənim oğlan balam,
Əziz, mehriban balam.
Böyü, bizə həyan ol,
Bir qıza mehman balam».
Eh, nə qədər
Hər sözünlə öyünmüşəm,
Böyümüşəm, Kövsər xala,
böyümüşəm.
İndi cavan bir atayam,
Bir oğlum var - iki gözüm,
Ad qoymuşam ona özüm.
О zaman ki,
Yaş kağızı aldım ona,
Kövsər xala,
Səni andım yana-yana.
Keçənləri xatırladım,
Donub qaldım öz yerimdə.
Sonra mənə
Yaş kağızı aldığın gün
Gəlib durdu gözlərimdə...

Müdir fıkirliydi,
Əlində qələm,
Hərdən bir dikəlib baxırdı mənə.
Sənin də, sənin də gözlərində qəm,
Pırtlaşıq saçımı oxşadın yenə.
- Dərsə gedəcəksən, oğul, bu ildən,
Вu gün yaş kağızı alırıq sənə.
Sən çəkdin irəli məni bir addım.
Müdir də oyatdı köhnə sayğacı.

- Yaxşı,
familini uydurub yazdım,
Adını nə yazaq, a Kövsər bacı?..
Deyəsən alnında artdı qırışlar,
Kipriyin qovuşdu,
Qaşların endi.
Dikildi üzümə həlim baxışlar,
Bildim ki, gözlərin dolacaq indi.
- Adını?..
Nə bilim...
Nə deyim sizə.
Çox uşaq evini gəzib-dolanıb,
Sonra gəlib bizə...
Uşaq evində
Oğlan çağırmışıq onu həmişə,
Çətin ki, öz adı yadına düşə.
- Yox, belə ad olmaz...
Onda gəl bu adı dəyişək bir az:
Qoy Güloğlan yazaq,
xoşəhval olsun,
Çiçək açan görsün öz arzusunu.
Ya Baloğlan yazaq,
dili bal olsun,
Sözü şirin olsun ömrü uzunu.
Yazıram...
Elə bil boyumu gördü indicə,
Müdir süzdü məni başdan-ayağa.
- Güloğlan,
yaxşıca addır, bəs necə...
Atanın da adı olsun Gülağa
- Yox, belə olmasın,
yazım Müzəffər oğlu...
Sonra taleyimlə verib baş-başa,
Bu adlar mənimlə yaşadı qoşa,
Könlümdə bu həsrət sızladı yenə,
Demə ki, hər günüm cəfasız oldu.
Bu adlar da düşdü uşaq evinə,
Mənimtək atasız, anasız oldu.
Bıı adlar mənimlə yaşa doldular,
Bıı adlar mənimlə şagird oldular,
Məktəb jurnalında,
siyahılarda
Çox adlar qonşuluq etdi adıma.
Məktəb illərimdən
gəlib bu yerdə
Yеnə о əhvalat düşdü yadıma:
Dərs idi: partalar gülürdü üzə,
Sinif də təzəydi,
Dostlar da təzə.
Mehriban-mehriban yanaşıb bizə,
Müəllim suallar verirdi hərdən.
O, göstərdi məni,
Qalxdım ayağa,
Müəllim çiynimə qoyub əlini,
Atamın adını soruşdu nıəndən.
Bilmədim darıxdım,
Yoxsa karıxdım,
Gah aşağı baxdım,
Yuxarı baxdım.
Nə qədər düşündüm, yenə olmadı,
Dilimin ucundan qayıtdı geri,
Düşmədi yadıma Müzəffər adı.
- Bu ki, doğmasını, yadını bilmir,
Bu ki, atasının adını bilmir...
Sinifdə bir gülüş qopdu ki, bu an
Fırlandı başıma döşəmə, tavan,
Elə bil gülürdü daş-divar mənə,
Sandım ki, sinifdə təkcə mən varam,
Dikilib tənəli baxışlar mənə.
Qaçmaq istəyirdim özüm-özümdən,
İlk dəfə sinifdə pərt oldum yaman,
Kitab-dəftərim də düşdü gözümdən.
О pərtlik mənimlə çıxdı otaqdan...
Mən yola salmışam neçə ilimi,
Bu illər tərif də deyib adıma.
Amma kim soruşub ad-familimi,
О pərtlik həmişə düşüb yadıma.
- Harda doğulmusan?..
hey bu sualla
Naməlum guşəyə uçub xəyalım.
İlk dəfə dünyaya gəldiyim evin
Soyuq divarını qucub xəyalım.
Körpə yaddaşımı varaqlamışam,
Naməlum bir ünvan soraqlamışam
Bir ev yaratmışam xəyalımda mən.
Anamın sözləri yaşar о yerdə.
Ünvansız həyətdə gəzərəm özüm.
Naməlum ocaqda yanar ürəyim.
Axı, bu nisgilə mən necə dözüm,
Yanmasam neyləyim,
Yansam neyləyim?..
Tutubdur əlimdən bu doğma diyar,
Deyirlər üstündən at yetimliyi.
Atasız, anasız yaşamaq olar,
Başqa yetimlikdir ad yetimliyi.

İllər çox ünvanı çıxartdı üzə,
Şöhrəti sirr olan пеçə əsgəri,
Neçə qəhrəmanı çıxartdı üzə.
Biri məzar tapdı
oğul yerinə:
Ata qayıtmadı,
şöhrəti döndü.
Bu şöhrət tacı da çatdı birinə,
Hələ xəbər verib,
Xəbər də alar,
Ata sorağına düşən oğullar,
Oğul sorağına düşən atalar.
Bir qadın yaşayır qonşuluğumda,
O ağır illərin tufanlarında.
Deyir balasını itirib о da,
Hələ də ümidlə baxır sabaha,
Çox ünvan axtarıb...
Çox da axtarıb,
Axtara-axtara qocalıb daha.
O hansı arzudur, о hansı kamdır
Qovsun gözümüzdən dumanı, çəni?
Deyirəm о qadın bəlkə anamdır,
Burdayam,
о harda axtarır məni?..
Oğul itirənlər,
məni də görün.
Itkin ünvanlardan, itkin adlardan
Xəbər gətirənlər,
məni də görün.
Bəlkə də boyumdan tanıyasınız.
Bəlkə də soyumdan tanıyasınız.
Dünyada bir adsız Güloğlan yaşar.
Кönlümdə bir nisgil çox pünhan yaşar.
Bala itirənlər, məni də görün,
Hələ ürəyimdə bir güman yaşar...
XS
SM
MD
LG