"Qanun" nəşriyyatı "Ən yeni ədəbiyyat" seriyasından daha bir kitab nəşr edib.
Bu, gənc şair Qismətin "Meqapolis hüznləri" kitabıdır.
Kitabdakı şeirlər sürətlə meqapolisə çevrilən Bakının yeni kodlarını, şifrələrini nişan verir.
Böyük şəhərdəki həkimi, polisi, müəllimi, sürücünü, süpürgəçini, səfili, ayaqqabı boyayan uşaqları, siqaret satan kişini, fahişəni, tələbəni – hamını və hər şeyi yazmaq kimi qeyri-mümkün cəhd kitabın əsas özəlliyidir.
Şəhər sürətlə böyüyür, adamlar getdikcə tənhalaşır. Bu konfliktin arasına Qismət öz şeirlərilə girir.
Kitabda müəllifin forma baxımından eksperimental və vizual şeirləri də yer alıb.
VİDEO - ŞAİRİN ÖZ DİLİNDƏN
QİSMƏT.. Nəsə elə
QİSMƏT. Bakı üçün elegiya