Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:10

Azərbaycanca «Ürəkbulanma»


«Ürəkbulanma» kitabı
«Ürəkbulanma» kitabı
Sentyabrın 29-da İçərişəhərdə yerləşən «Əli və Nino» kitab mağazasında fransız yazıçısı Jean-Paul Sartre-ın Azərbaycan dilinə tərcümə olunan «Ürəkbulanma» kitabının təqdimatı keçirilib.

Gülər Qasımovanın Azərbaycan dilinə tərcümə etdiyi roman 1000 tirajla «Apostrof» nəşriyyatında çap olunub.

Kitabın təqdimatında çıxış edən yazar Məmməd Süleymanov romanın mahiyyətindən danışıb. Deyib ki, adətən bu əsərə görə yazıçını anti-humanist adlandırırlar.

Əsərin qəhrəmanı həqiqət axtarır, dünyanın xaosu, həyatın absurdluğu və çıxılmazlığı içində öz mövcudluğunun mənasını anlamağa çalışır...

«Ürəkbulanma» (fr. La Nausée, ilk adı «Melanxoliya» olub) XX əsrin ən böyük filosoflarından biri, yazıçı və markisist, ateist ekzistensializmin banilərindən biri olan Jean-Paul Sartre-ın ilk romanıdır.

Sartrı bütün dünya 1938-ci ildə məhz bu romanla tanıdı.

Əsər Antuan Rokentinin gündəlikləri əsasında qurulub.(Romandan bir parçanı oxu)

«Ürəkbulanma» romanı öz gücü ilə Sartre-ın sonrakı bütün əsərlərinə xüsusi təsirini göstərib.
Məmməd Süleymanov

Həmçinin oxu
Jan Pol Sartr “DİVAR” (Hekayə)
Jan Pol Sartr: “Nə üçün mən Nobel mükafatından imtina etdim”
XS
SM
MD
LG