SSRİ-nin dağılması xüsusi multimedia səlnamədə
1991-ci il, dekabrın 8-də bir neçə keçmiş sovet lideri – Rusiyadan Boris Yeltsin, Ukraynadan Leonid Kravchuk, Belorusdan Stanislau Shushkevich Belovejiya Sazişi imzaladılar. Bu sənəd SSRİ-nin dağılmasının formal təsdiqi idi. Azadlıq və Azad Avropa Radioları Korporasiyası SSRİ-nin süqutunun 20 illiyinə xüsusi layihə həsr edib. Bu multimedia layihədə sıravi vətəndaşların başlarına gələn əhvalatlar, liderlərin xatirələri, hadisələrin xronologiyası və xəritələrlə o dövrün səlnaməsi yaradılır. Dekabrın 5-də AzadlıqRadiosunun saytında yayılacaq xüsusi layihəni qaçırmayın.