Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:06

Britaniyalı deputat Azərbaycanı dəstəkləmək üçün pul alıb?


Britataniya parlamentinin üzvü Mark Field
Britataniya parlamentinin üzvü Mark Field
Rajeev Syal və Solomon Hughes

"Guardian" qəzetindəki məqaləyə görə, Britataniya parlamentinin üzvü Mark Field Azərbaycan hökumətini dəstəkləyən lobbi qrupundan 6 000 funt alıb. Mark Field Mühafizəkarlar partiyasını təmsil edir və parlamentin xüsusi xidmətlərin fəaliyyətinə nəzarət edən komitəsinin də üzvüdür.

Üstəlik, Field Britaniyada yaradılan Avropa Azərbaycan Cəmiyyətinin (European Azerbaijan Society) Məsləhət Şurasının üzv olub. Bu cəmiyyəti 2008-ci ildə yaradıblar, təsisçisi isə Azərbaycanın Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.

"Guardian" onu həm də Azərbaycanın Abramoviçi kimi tanıdır. Əsas kimi də Tale Heydərovun öz futbol klubu “Qəbələ”yə milyonlarla funt xərcləməsini, hətta bir milyon funt maaşla İngiltərə yığmasının keçmiş kapitanı Tony Adamsı öz klubuna məşqçi kimi gətirməsini göstərir.

Qəzet yazır ki, Azərbaycan hökuməti təkcə elə bu il, Britaniyanın Xarici İşlər Nazirliyi və Amnesty İnternational tərəfindən siyasi islahat tələb edən müxalifətçilərə işgəncə verdiyi üçün tənqid edilib.
...indi Leyboristlər partiyasının üzvləri Fieldi sorğu-suala çəkirlər ki, bu cür vəzifədə ola-ola, həm də işgəncəyə görə tənqid olunan bir dövlət üçün necə lobbiçilik edir.

Fieldin daxil olduğu komitə də məhz xüsusi xidmətlərin – kəşfiyyat xidmətlərinin işinə nəzarət edir. Və indi Leyboristlər partiyasının üzvləri Fieldi sorğu-suala çəkirlər ki, bu cür vəzifədə ola-ola, həm də işgəncəyə görə tənqid olunan bir dövlət üçün necə lobbiçilik edir.

Field isə bu iddiaları absurd adlandırıb. Deyib ki, Tale Heydərovla cəmi bir neçə dəfə görüşüb. Azərbaycana getməsinin səbəbi isə orada yeni maliyyə xidmətləri sektorunu inkişaf etdirmək planları olub və hansısa maraqların toqquşmasından söhbət gedə bilməz.

Field bildirib ki, xüsusi xidmətlərə nəzarət edən komitəyə üzv olsa da, dövlət sirlərini yamayacağı ilə bağlı sənədə imza atıb və heç vaxt ya Azərbaycandan kiməsə, ya da Azərbaycanla bağlı qrup üzvlərindən hansınasa sirr vermək fikrində deyil. Üstəlik, bu komitəyə üzv olduğu üçün kiminsə kənarda da başqa bir işi olmayacağını iddia eləmək də səmimi olmazdı.

Leyboristlər partiyasından olan deputat John Mann isə fərqli düşünür və Fieldin fəaliyyətini birbaşa maraqların toqquşması adlandırır. Eyni partiyadan korporativ məsuliyyət komitəsinə rəhbərlik edən Lisa Nandy isə deyir ki, "Britaniya xüsusi xidmət orqanlarına təsir etmək imkanı olan bir komitənin üzvünün rejimə qarşı çıxan vətəndaşlarına işgəncə verən bir hökumətdən pul alması düzgün deyil."

46 yaşlı Field sözügedən komitəyə üzv olan ən gənc deputatdır. Komitənin özəlliyi ondadır ki, onun üzvləri seçilmir, təyin edilir. Üstəlik komitə birbaşa olaraq Baş nazirə hesabat verir. Komitə üzvləri əvvəlki hökumətlərdən hesabat tələb etmək, hətta, nazirlərə məsləhət vermək səlahiyyətinə malikdirlər.

Mark Field həmçinin Azərbaynla bağlı parlament qrupunun da rəhbəridir.
"Guardian" yazır ki, 2011-ci ilin may və iyul aylarında Field Bakıya səfərə gedib. Birinci səfər 5 gün çəkib və 3 500 funta başa gəlib. İkinci səfərin maliyyə xərcləri haqda məlumat verilmir.

"Guardian"ın iddiasına görə, Fieldi Bakıya səfərə getməyə Şahzadə Andrew inandırıb, mart ayında Bukingem sarayında görüşəndə Şahzadə deputatdan xahiş edib ki, Azərbaycandakı Britaniya investisiyalarını parlamentdə və hökumətdə dəstəkləsin.

Ümumilikdə, Tale Heydarovun yaratdığı cəmiyyət son illər ərzində parlamentdə fəaliyyətini gücləndirib. Cəmiyyət Parlamentin 20 üzvü olan Azərbaycanla bağlı qrupuna xüsusi katiblik xidmətləri də göstərir. Parlamentdəki hər 3 partiyadan olan üzvlərin qatıldığı görüşlər və qəbullar təşkil edir.

Bundan başqa, Avropa Azərbaytcan Cəmiyyəti bu ildən Azərbaycanın Mühafizəkar Dostları qupunu da yaradıb. Qrupa 25 deputat üzv olub. Deputatlardan Robert Halfon sədr müavini, Chris Pincher xəzinədardır. Spiker müavini Nigel EvansGraham Brady kimi nüfuzlu deputatlar da qrupun rəhbərliyində yer alıb.

Bu yaxınlarda Londondakı Araşdırmaçı Jurnalistlər Bürosu da Avropa Azərbaycan
Cəmiyyətinin Britaniyadan bir qrup deputatı, jurnalisti tez-tez Bakıya aparmasına dair araşdırmasının nəticələrini yaymışdı. Müəllif Melanie Newman avqustun 29-da yayılan araşdırmasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının idarə etdiyi bu Cəmiyyətin Britaniyadakı fəaliyyətinə geniş yer ayırırdı.
XS
SM
MD
LG